COP30-da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin ilk Yüksəksəviyyəli Dialoqu keçirildi

COP30-da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin ilk Yüksəksəviyyəli Dialoqu keçirildi
13.11.2025 10:45

Dünən COP30 çərçivəsində Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə, COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər.

Görüşün əsas məqsədi iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyin daha da irəlilədilməsindən ibarət olub.

“Sülh, Yardım və Bərpa naminə İqlim Fəaliyyəti üzrə Bakı Çağırışı”

Tədbirin açılışında çıxış edən COP29 Sədri Muxtar Babayev qeyd edib ki, COP29 zamanı təsis edilmiş Bakı Mərkəzi, iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub. Mərkəzin təqdimatı ilə çıxış edən xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, Bakı Mərkəzi artıq iqlim və münaqişlərdən əziyyət çəkən ölkələrdə innovativ modellərə əsaslanan pilot layihələrin icrasına başlayır. Natiq bu vəzifənin COP29 təşəbbüsü olan Bakı Mərkəzinə həvalə edilməsini, beynəlxalq tərəfdaşların ölkəmizin etibarlı xarici siyasəti və iqlim diplomatiyasına inamının nümünəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Yaşıl İqlim Fondunun İcraçı Direktoru xanım Mafalda Duarte, Bakı Mərkəzinə tam dəstəklərini ifadə edib və sözügedən təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımın artırılması sahəsində vacib beynəlxalq mexanizmə çevrildiyini qeyd edib.

Bu xüsusda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərkəzin ölkəmizin digər vacib təşəbbüsü olan “Bakıdan Belémə Yol Xəritəsi”nin icrasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib.

Tədbirdə, ilk pilot layihələr üzrə Birgə İşçi Qruplarının yaradılmasına dair Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də Qambiya Ətraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb. İmzalama mərasimindən öncə çıxış edən Qambiya və Fici iqlim nazirləri, Qvineya-Bissau, İraq və Malavinin yüksəksəviyyəli hökumət nümayəndələri, Bakı Mərkəzinin qısa müddətdə qlobal müstəvidə vacib əməkdaşlıq platformasına çevrildiyini vurğulayaraq, Azərbaycan dövlətinə və COP29 sədrliyinə beynəlxalq sülhün irəlilədilməsi sahəsindəki liderliyə, həmçinin həssas ölkələrə göstərdiyi davamlı dəstəyə görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Bakı Mərkəzinin Yüksəksəviyyəli Dialoqunun Belem Kommunikesi qəbul edilib.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Bütün Xəbərlər