"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO

"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO
05.08.2026 10:28 Cəmiyyət

İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta şəhərinə on minlərlə miqrantın axını zamanı diqqət çəkən bir hadisə yaşanıb.

TodayPress TV xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərə  görə,  sərhədi tək keçən 11 yaşlı mərakeşli uşaq onu geri qaytarmaq istəyən İspaniya təhlükəsizlik əməkdaşını qucaqlayaraq deportasiya edilməməsini xahiş edib.

Uşağın ailəsinin ağır sosial vəziyyətdə yaşadığını və Mərakeşə qayıtmaq istəmədiyini bildirdiyi qeyd olunur.

Hadisədən təsirlənən əməkdaş uşağı İspaniya Mülki Qvardiyasına təhvil verib.

Daha sonra o, miqrasiya orqanlarına göndərilib və qanunvericiliyə uyğun araşdırma aparılıb.

Nəticədə, müşayiətsiz yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsini nəzərdə tutan İspaniya və Avropa qanunvericiliyinə əsasən, uşağın ölkədə qalmasına icazə verilib.


Yazıçı İlqar Altay məsələni belə şərh edib: 

"Bu balaca uşağın fərasətinə baxın. On minlərlə insanın arasına qoşulub, çətin sərhədi tək keçib, qarşısındakı hərbçinin vicdanına toxunmağı bacarıb və öz taleyini dəyişib.

İndi isə kadrlara baxın. Adətən sərt görünən xristian ispan qvardiyaçısı müsəlman uşağın əlindən tutur, onu sakitləşdirir və təhlükəsiz yerə aparır.

Bilmirəm... Amma eyni vəziyyətdə Səudiyyə Ərəbistanı, Dubay və ya başqa zəngin ərəb ölkələri də bu uşağa eyni münasibəti göstərərdimi?".

Jalə Rövşən 

PHOTOS

"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO — 1
"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO — 2
"Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO — 3
NEWS FEED
05 AUGUST 2026
Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 All News