“Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil
“Aston Martin” komandasının rəhbəri Edrian Nyui “Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonsonu komandada saxlamağın prioritet olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Nyui təcrübəli ispaniyalı pilotun həm peşəkarlığı, həm də komandaya verdiyi texniki töhfələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Şübhəsiz ki, Fernando əla pilotdur. O, həm mühəndislərə verdiyi dəyərli rəylərlə, həm də trasdakı ustalığı ilə komandaya böyük fayda verir. Buna görə də onunla əməkdaşlığı davam etdirmək bizim üçün çox vacibdir. Eyni zamanda, düşünürəm ki, Fernando da bizimlə işləməkdən məmnundur və əməkdaşlığımız davam edəcək”, – deyə Nyui bildirib.
Qeyd edək ki, son günlər mediada Fernando Alonsonun karyerasını “Alpine” komandasında davam etdirə biləcəyi ilə bağlı iddialar yayılıb. Bildirilir ki, Fransa təmsilçisinin müşaviri Flavio Briatore hazırkı pilot Franko Kolapintoya yeni komanda axtarmağı tövsiyə edib.
Namiq HUN