Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi

Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi
05.08.2026 12:16 Təhlil

Son beş gündə erməni mediasının əsas diqqəti yeni parlamentin fəaliyyətə başlaması və baş nazir  Nikol Paşinyanın yenidən hökumət formalaşdırmasına yönəlib.

Avqustun 2-də 9-cu çağırış Milli Məclisin ilk iclası keçirilib, hökumət Konstitusiyaya uyğun olaraq istefa verib, daha sonra Paşinyan yenidən baş nazir təyin olunub. Qərbyönümlü siyasətçi Ruben Rubinyan parlamentin sədri, Hayk Konjoryan isə vitse-spiker seçilib.

Siyasi gündəmin ən çox müzakirə olunan mövzularından biri bütün ermənilərin katolikosu II Qareginin ilk dəfə parlamentin açılış iclasına dəvət edilməməsi olub. Müxalif media bunu hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında münasibətlərin daha da gərginləşməsinin göstəricisi kimi təqdim edib.

İqtisadi gündəmdə Rusiya ilə münasibətlər ön planda qalıb. "Chestny Znak" sistemi vasitəsilə Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlər, kənd təsərrüfatı məhsullarının ixracında yaranan problemlər və Paşinyanın Ermənistan dəmir yolları ilə bağlı açıqlamaları geniş müzakirə edilib.

Azərbaycanla bağlı xəbərlərdə sülh sazişi, Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi, regional kommunikasiyaların açılması və Zəngəzur istiqaməti əsas mövzular sırasında yer alıb. Hökumətyönlü media sülh prosesini ön plana çıxarsa da, müxalif media Azərbaycanın tələblərini tənqid edən materiallara üstünlük verir. 

Son günlər Avropa İttifaqının Ermənistanda qanunsuz miqrantlar üçün qəbul mərkəzi yaradacağı barədə yayılan məlumatlar da geniş rezonans doğurub. Ermənistan Xarici İşlər Nazirliyi bu xəbərləri təkzib edərək belə bir təşəbbüsün gündəmdə olmadığını açıqlayıb.

Daxili siyasətdə Samvel Karapetyan və digər müxalif fiqurların payızda siyasi fəallığın artacağı ilə bağlı açıqlamaları, Qaqik Tsarukyan ətrafındakı hüquqi proseslər və Anna Akopyana yönələn təhdidlərlə bağlı xəbərlər gündəmdə qalıb. 

Bundan başqa, Ermənistanın Çin, Qazaxıstan və digər tərəfdaş ölkələrlə əlaqələri, Paşinyanın yenidən baş nazir seçilməsi münasibətilə göndərilən təbriklər və iqtisadi vəziyyətlə bağlı qiymətləndirmələr də erməni mediasında geniş yer alıb.  Xüsusilə, Rusiya Prezidenti Vladimir Putinin Nikol Paşinyanı yenidən  baş nazir seçilməsi münasibəti ilə təbrik etməməsi də əsas müzakirə mövzularından olub. 

İstifadə olunan əsas mənbələr:

Armenpress

News.am

JAMnews

CivilNet

PanARMENIAN

Alpha News Armenia

Public Radio of Armenia (ArmRadio).


Jalə Rövşən 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Bütün Xəbərlər