Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ

Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ
05.08.2026 11:40 Dünya

Rusiyanın Kiyev və Kiyev vilayətinə kütləvi zərbəsi nəticəsində ölənlərin sayı 17-yə, xəsarət alanların sayı isə 44-ə çatıb. TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında yazıb. Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd "Sirkon/Oniks" raketi və 115 pilotsuz uçuş aparatı buraxıb. O qeyd edib ki, zərbənin əsas hədəfləri mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmiryol vağzalı olub. Ukrayna Prezidenti vurğulayıb ki, raket hücumundan müdafiə sistemləri üçün əlavə ələkeçirici raketlərin tədarükü insanların ölümünün qarşısını ala bilərdi. "Ələkeçirici raketlərin tədarükündə fəal rol oynamağa hələ hazır olmayan tərəfdaşlar yeni sanksiyalar tətbiq etməklə kömək edə bilərlər. Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsi hələ də sanksiyalar altına düşmür. Yeni addımlara ehtiyac var", - o qeyd edib.

TodayPress TV

***

09:08

Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyev və Kiyev vilayətinə endirdiyi kütləvi hücum nəticəsində azı 15 nəfər həlak olub, 51 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, Kiyev vilayətində 14 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Paytaxt Kiyevdə isə 1 nəfər həlak olub, 24 nəfər yaralanıb. Hücum zamanı bir sıra yaşayış və qeyri-yaşayış binalarında, eləcə də avtomobillərdə yanğınlar baş verib.

Bundan əlavə, Kiyevin Qoloseyevski rayonunda yerləşən sənaye müəssisələrindən birində ammiak sızması qeydə alınıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ — 1
XƏBƏR LENTİ
05 AVQUST 2026
Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Bütün Xəbərlər