Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik?

Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik?
18.06.2026 15:33 Cəmiyyət

Bakının Bakıxanov qəsəbəsinin əhali arasında hələ də “Razin” adlanması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bildirilir ki, ad dəyişikliyi olsa da, bakılılar 34 ildir bu qəsəbəyə “Razin” deyirlər. Jurnalist Şəhla Cabbarlı da bu məsələyə diqqət çəkib.

Sitat: “Özümüz qədər qatilinə aşiq olan bir xalq görmədim. 1667-ci ildə quldur Stepan “Razin” gəlib Bakını qarət edib, insanları öldürüb, evləri dağıtdırıb, millətə qorxu yaşadıb, qız-gəlinləri qaçırıb quldurlarına peşkəş edib. Siz niyə hələ də onun adını yaşadırsınız? Deyəcəklər, rayondan gələnlər… Siz “Razin” deyirsiniz, rayondan gələn fəhlə də sizə baxıb “Razin” deyir. Yoxsa Razin bilir onlar?”

Maraqlıdır, niyə hələ də əksəriyyət Bakıxanov qəsəbəsinə “Razin” deyir?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev qeyd edib ki, hələ Bakıxanov adına kənd olmayanda bakılılar bu yeri “Kevül-dağ” adlandırırdılar:


“Lakin 1925-ci il mayın 1-də neft mədənləri işçiləri üçün Bakıda S.Razin adına Fəhlə Kəndinin yaradıldığı üçün bura “Razin” adlanıb. Bu gün Bakıxanov adlanmasına baxmayaraq, sakinlər bu adı qəbul edə bilmirlər. Çoxu “Razin” qalmasını istəyir. Amma “Razin” qəddar adam olmaqla yanaşı, buralara quldurluq niyyəti ilə gəlib, insanları öldürüb, çapıb-talayıb”.

Z.Əliyev deyib ki, həmin ərazi 1936-cı ildən 1992-ci ilə kimi, təxminən, 56 il ərzində “Razin” adını daşıyıb:

“Bu qədər uzun müddət ərzində bu ad insanların yaddaşına, ünvan məlumatlarına və gündəlik həyatına hopub. Adətən, bir nəsil boyu istifadə olunan adı dəyişmək üçün çətin olur və köhnə ad gündəlik danışıqda uzun müddət yaşamaqda davam edir. Necə ki İçərişəhər hələ də “BakıSoveti” kimi deyilir. İnsanların yaddaşından bunun silinməsi üçün zaman lazımdır. Bu, rəsmi qərarlara deyil, daha çox şəxsi vərdişlərə bağlıdır. Biz latın qrafikalı əlifbaya keçəndə uzun müddət orta və yaşlı insanlar çətinlik çəkdi. Lakin keçən 20 ildən çox zamandan sonra artıq hər kəs bu əlifbada yazır, oxuyur. Bunu dəyişmək üçün uzunmüddətli təbliğat strategiyası tələb olunur. İnsanların şüurunda “Bakıxanov” adını kök saldırmaq üçün ən təsirli yollar bunlardır: Abbasqulu ağa Bakıxanovun şəxsiyyətini təbliğ edilməli, “Bakıxanovlular” ifadəsi formalaşdırılmalıdır. Məhəllə ilə bağlı gözəl xatirələr, uğurlu insanlar məhz “Bakıxanov” adı ilə bağlanmalıdır”.

Tarixçinin sözlərinə görə, avtobus dayancaqları, küçə nişanları, dövlət binalarının qarşısındakı yazılarla böyük və aydın şəkildə “Bakıxanov” yazılmalıdır:

“Razin” sözü rəsmi məkandan tamamilə silinməlidir. TV, radio aparıcıları qəsəbədən danışarkən davamlı olaraq “Bakıxanov” deməlidir. Yerli blogerlər çəkilişlərini “Bakıxanovda səhər”, “Bakıxanov bazarlığı” kimi başlıqlarla yayımlamalıdırlar. Gənc nəsil tanınmış şəxslərin bu adı işlətdiyini gördükcə onu mənimsəyər. Uşaqlar və gənclər üçün məktəb dərsliklərində, tarix dərslərində bu ad mütəmadi vurğulanmalıdır. 50 ildən sonra “Razin” adını yalnız yaşlı nəslin bir hissəsi xatırlayacaq, gənclər üçün isə “Razin” tamamilə yad söz olacaq”.

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Bütün Xəbərlər