Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir

Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir
14.07.2026 12:49 Cəmiyyət

Son günlər yerli sosial şəbəkə seqmentində ən çox müzakirə olunan mövzulardan biri tanınmış aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı olub. Sözügedən çarx həm yaradıcı yanaşması, həm də cəmiyyətə ötürdüyü mesajlar baxımından ciddi rezonans doğurub və sosial media istifadəçilərinin kəskin tənqidlərinə tuş gəlib.

Hər şey reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq “təbii dondurma” anlayışının ön plana çıxarılması ilə başlayıb. Reklamın yaradıcı heyəti təbii tərkibli dondurmanı vurğulamaq üçün qadınların xarici görünüşündəki süni dəyişiklikləri hədəf seçib. Lakin bu təqdimat forması gözlənilən uğuru gətirmək əvəzinə, xüsusilə qadın istifadəçilər tərəfindən narazılıqla qarşılanıb.

Şəbəkə istifadəçiləri qeyd ediblər ki, çarx qadın bədəni və görünüşü üzərindən mənfi stereotipləri gücləndirir. Reklamda qadınların estetik seçimlərinin lağa qoyulması və bunun məhsulun təbii olması ilə müqayisə edilməsi alçaldıcı və cinsiyyətçi bir mesaj kimi qiymətləndirilib. Bir çoxları vurğulayıb ki, qadınların öz bədənləri üzərindəki qərarları bir dondurma brendinin marketinq alətinə çevrilməməlidir.

Sosial şəbəkələrdə artan təzyiqlərdən və müzakirələrdən cəmi bir gün sonra Taleh Yüzbəyov platformalarda yeni bir reklam çarxı təqdim edib. Bu dəfə isə hədəfdə kişilər olub. Yeni çarxda cəmiyyətdəki yaltaqlıq və qeyri-səmimi davranış nümayiş etdirən kişi obrazları tənqid atəşinə tutulub. Reklamın bu hissəsi bir növ "tarazlıq yaratmaq" cəhdi kimi görünsə də, izləyiciləri razı salmayıb.

İstifadəçilərin böyük qismi bu iki çarx arasında bərabərlik prinsipinə əməl olunmadığını bildiriblər. Şərhlərdə qeyd olunub ki, birinci reklamda qadınların anadangəlmə və ya sonradan qazandıqları fiziki görünüşü birbaşa hədəfə alınırdısa, ikinci reklamda xarakter və konkret mənfi davranış forması tənqid olunur. İzləyicilər vurğulayıblar ki, insanın fiziki görünüşü ilə onun etik davranışı eyni tərəziyə qoyula bilməz və bu müqayisə birinci reklamdakı qadınlara qarşı edilən bədən tənqidini sığortalamır.

Kommersiya nöqteyi-nəzərindən bu reklam hədəfinə çatıb desək, yanılmarıq. Reklamın əsas məqsədi diqqət çəkmək, danışılmaq və yadda qalmaqdır. Bu gün hər kəs bu dondurma brendindən və "təbiilik" vurğusundan danışırsa, marketinq strategiyası tamamilə işləyib. Brend risksiz, sıradan bir ailə ssenarisi çəkmək əvəzinə, cəmiyyətin həssas damarına toxunaraq böyük bir "piar" dalğası yaradıb.

Türkan İsgəndərli

NEWS FEED
14 JULY 2026
İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var 14:45 Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR 14:37 Prezidentin maşınında selfi çəkdi - FOTO 14:33 TƏCİLİ: Kreml Azərbaycana qarşı – Bakının Ukraynanı müdafiə etməsi imperiyanı dilə gətirdi 14:15 Nihat Kahveci saxlanıldı 13:55 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 All News