Moskva səfirliyində Zəfər Gününə həsr olunan rəsmi qəbul keçirildi

Moskva səfirliyində Zəfər Gününə həsr olunan rəsmi qəbul keçirildi
08.11.2025 10:01 Cəmiyyət

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində rəsmi qəbul keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, hərbi attaşelər, elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan icmasının təmsilçiləri və Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Kənan Təhməzov çıxış edərək, xalqımızın 30 ildən artıq müddətdə itirilmiş ərazilərin nisgili ilə yaşadığını, amma bu illər ərzində güclü dövlət və güclü ordu qurduğunu vurğulayıb. O, 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərən minlərlə igidlərdən bir neçəsinin adını xatırladıb.

Kənan Təhməzov bildirib ki, Azərbaycan xalqı qalib Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edir və ordunun qazandığı Zəfər hər bir azərbaycanlıya qürur hissi bəxş edir.

Daha sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev çıxış edərək qeyd edib ki, 8 Noyabr Qələbə Günü yalnız Azərbaycan xalqının deyil, onun dost və müttəfiqlərinin də qələbəsi kimi qeyd olunur. Səfir vurğulayıb ki, bu tarixin əsas dərslərindən biri beynəlxalq hüququn yalnız onu həyata keçirməyə qadir olan güclü hərbi qüvvə ilə təmin edildiyi halda effektiv olmasıdır.

R.Mustafayev son beş ildə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işlərinə 12 milyard dollardan çox vəsait ayrıldığını, 2026–2029-cu illər üçün isə əlavə 8 milyard dolların planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, azad edilmiş ərazilərin təxminən 20 faizi mina təmizlənməsindən sonra istifadəyə yararlı vəziyyətə gətirilib. Hazırda bölgələrə qayıdan əhalinin sayı təxminən 60 min nəfərə çatır.

Səfir həmçinin münaqişənin başa çatmasının Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına müsbət təsir göstərdiyini, bunun Bakı–Moskva əlaqələrini də yeni mərhələyə çıxardığını qeyd edib. O, Rusiyanın hərbi əməliyyatların dayandırılmasındakı və sonrakı nizamlanma prosesində konstruktiv rol oynadığını xatırladaraq, bunun 2022-ci ildə müttəfiqlik haqqında Bəyannamənin imzalanmasına gətirib çıxardığını bildirib.

Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan tikinti, bərpa və reinteqrasiya işlərinə dair videoçarx nümayiş etdirilib.

Rəsmi hissədən sonra Moskva Gənclər Kamera Orkestri Qara Qarayev, Antonio Vivaldi, Edvard Qriq, Con Uilyams, Yan Sibelius, Mixail İppolitov-İvanov və Eduard Artemyevin əsərlərini səsləndirib. GİTİS tələbələri Darya Kovalenko, Nina Bataşova və Yelizaveta Sokolova “Koroğlu” operasından və Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operettasından ariyalar ifa ediblər.

Sonda qonaqlar 44 günlük Vətən Müharibəsinə dair fotostendlərlə tanış olublar.

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 All News