“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı

“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı
21.08.2025 10:12 Cəmiyyət

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi məqsədilə daxili investisiya hesabına 300 ədəd yeni vaqon alıb. Vaqonlardan 200-ü yarımvaqon, 100-ü isə universal platforma vaqondır.

TodayPress TV xəbər verir ki, platforma vaqonların yükqaldırma qabiliyyəti 72 ton, istismar müddəti 32 ildir.

Bu vaqonlar xüsusən konteyner daşımaları üçün yüksək səmərəli, çevik və sərfəli həll yoludur, həm standart 20, həm də 40 futluq konteynerlər üçün uyğundur.

ADY-nin vaqon parkında platforma vaqonların artırılması konteyner yüklərinin daşınmasına olan tələbatın qarşılanmasına imkan verəcək. Qeyd edək ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə xüsusilə konteyner yüklərin artması müşahidə olunur. 2025-ci ilin 7 ayında Çindən 225 blok-qatar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. 7 ayda ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Platforma vaqonlarda konteynerlə yanaşı, taxta-şalban, boru, rels, ağır və iriölçülü digər yükləri daşımaq mümkündür. Sadələşdirilmiş dizaynı sayəsində yan və yuxarı hissələrdən yükləmə və boşaltma işləri asan həyata keçirilir, nəticədə vaqonda aparılan yükləmə və ya boşaltma əməliyyatının müddəti azalır.

Yarımvaqon modellər isə iriölçülü və xüsusi formada daşınan yüklərin, o cümlədən taxta, qırmadaş və digər bərk tikinti materiallarının nəqli üçün uyğundur. Yükqaldırma qabiliyyəti 70 ton, həcmi 85 kubmetr olan vaqonların istismar müddəti 22 ildir.

Yüksək həcmə və yük tutumuna malik olması yarımvaqonları kütləvi daşımalarda etibarlı və qənaətcil edir. Kömür, metallurgiya, tikinti və kənd təsərrüfatı sənayesində əvəzolunmaz daşıma vasitəsi olan yarımvaqonların üstünün açıq olması və mürəkkəb mexanizmlərin olmaması texniki xidmət, boşaltma və təmir işlərini asanlaşdırır.

Yüksək texniki göstəricilərə malik yeni yük vaqonları həm daxili, həm də Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarda istismar olunacaq, əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlar üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv və vaqon parkının yenilənməsi və genişləndirilməsi işlərini davam etdirir. Bu ilin aprel ayında ADY Çin istehsalı olan 7 ədəd yeni lokomotiv və ehtiyat hissələrinin alınması haqqında müqavilə imzalayıb. Növbəti mərhələdə 14 ədəd magistral lokomotivin parka daxil edilməsi nəzərdə tutulur.

FOTOLAR

“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 1
“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 2
“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 3
“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 4
XƏBƏR LENTİ
11 AVQUST 2026
ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Bütün Xəbərlər