İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO

İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO
24.06.2026 22:30 Cəmiyyət

İranlı bloger Fatimə Şirazinin Bakı ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, blogerin Bakını vaxtilə İranın əyaləti kimi təqdim etməsi və video boyunca Azərbaycan adını çəkməməsi tənqid obyektinə çevrilib. İstifadəçilər bunu ölkənin ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı yönəlmiş mövqe kimi qiymətləndirib. Sosial şəbəkələrdə belə fikirlər səsləndirən xarici blogerlərin Azərbaycana girişinə məhdudiyyət qoyulması ilə bağlı çağırışlar edilir.

Fatimə Şirazinin Azərbaycana girişi qadağan oluna bilərmi? Bu, qanunvericilikdə necə tənzimlənir?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu məsələyə emosional müstəvidən daha çox hüquqi və dövlət təhlükəsizliyi baxımından yanaşmaq lazımdır:

“Hüquqi dövlət prinsipi tələb edir ki, hər hansı şəxsə münasibətdə məhdudiyyətlər yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda tətbiq edilsin. Beynəlxalq hüququn əsas prinsiplərinə görə hər bir dövlət öz ərazisinə əcnəbilərin daxil olub-olmamasını müəyyən etmək hüququna malikdir. Bu prinsip BMT Nizamnaməsində təsbit olunmuş dövlət suverenliyi prinsipindən irəli gəlir və beynəlxalq hüququn ümumtanınmış normalarından hesab olunur. İranlı blogerin Bakının guya “İranın əyaləti olması” barədə səsləndirdiyi fikirlər tarixi-hüquqi baxımdan da obyektiv dəyərləndirmə tələb edir. Tarixdən məlumdur ki, XIX əsrin əvvəllərində Rusiya–İran müharibələrinin nəticəsində bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Cənubi Qafqazın böyük hissəsi üzərində İranın suverenliyi hüquqi baxımdan sona çatıb. 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ, Gəncə, Şəki, Şirvan, Quba, Bakı və digər xanlıqlar üzərində İranın iddiaları rəsmən dayandırılıb. 1828-ci il Türkmənçay müqaviləsi ilə isə İrəvan və Naxçıvan xanlıqları da İranın hakimiyyətindən çıxıb və həmin dövr üçün yeni hüquqi-siyasi reallıq formalaşıb. Bu səbəbdən müasir beynəlxalq hüquq baxımından Bakının İranın ərazisi və ya əyaləti olması barədə iddiaların hüquqi əsası yoxdur. Müasir dövlət sərhədləri, suverenlik məsələləri dövlətlərin qarşılıqlı tanınması, beynəlxalq müqavilələr və BMT Nizamnaməsinin prinsipləri əsasında müəyyən edilir”.

Hüquqşünas bildirib ki, hər hansı əcnəbinin Azərbaycan haqqında səsləndirdiyi fikirlər avtomatik olaraq ona giriş qadağasının tətbiqinə əsas vermir:

“Əgər blogerin çıxışları tarixi mülahizə çərçivəsini aşaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönəlmiş sistemli təbliğat xarakteri daşıyırsa, səlahiyyətli dövlət orqanları Miqrasiya Məcəlləsinin müvafiq müddəalarına əsasən onun ölkəyə girişini məhdudlaşdıra və ya qadağan edə bilərlər. Azərbaycan suveren dövlət kimi milli təhlükəsizlik, ictimai asayiş və dövlət maraqlarının qorunması məqsədilə əcnəbilərin ölkəyə girişinə məhdudiyyət tətbiq etmək hüququna malikdir. Lakin belə hallarda qərarlar sosial şəbəkələrdəki çağırışlar əsasında deyil, səlahiyyətli dövlət qurumlarının hüquqi qiymətləndirməsi nəticəsində qəbul olunur. Beynəlxalq praktikada da milli maraqlara zidd fəaliyyət göstərən xarici şəxslərə giriş qadağasının tətbiqi geniş yayılmış təcrübədir”.

NEWS FEED
18 AUGUST 2026
Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 All News