Firudin Qurbanov: “Tolerantlıq bizim qanımızdadır və bunu qorumalıyıq”

Firudin Qurbanov: “Tolerantlıq bizim qanımızdadır və bunu qorumalıyıq”
24.12.2025 12:24 Cəmiyyət

“Bizim ölkədə müxtəlif dinlərə və onların irslərinə hər zaman hörmətlə yanaşılıb. Bu gün də Şəkidə Alban kilsəsi qalır, insanlar bu tarixlə tanış olurlar. Paytaxtımızın ən gözəl yerində erməni kilsəsini qoruyub saxlamışıq. Bu bizim tolerantlığımızı göstərir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, tolerantlıq Azərbaycan cəmiyyətinin dərin köklərə malik mənəvi xüsusiyyətidir və bu dəyərin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Firudin Qurbanovun sözlərinə görə, ölkəmizdə müxtəlif dinlərin məbədlərinin qorunub saxlanılması və onların tarixi irs kimi yaşadılması bu siyasətin real təzahürüdür.

Nazir müavini çıxışında müasir texnologiyaların yaratdığı çağırışlara da toxunub. O bildirib ki, internet və süni intellekt vasitəsilə geniş informasiya imkanları yaransa da, bəzən bu mühitdə yayılan məlumatlar gənclərin və uşaqların tərbiyəsinə mənfi təsir göstərə, hətta radikalizmə yol aça bilər.

“Bu məsələyə çox ciddi yanaşmalıyıq. Bəzi ölkələr artıq sosial şəbəkələrdən istifadəni məhdudlaşdırır, müəyyən platformalara girişə qadağalar tətbiq olunur. Biz də öz məsuliyyətimizi dərk edərək birgə səy göstərməliyik”, – deyə Firudin Qurbanov qeyd edib.

O xüsusi vurğulayıb ki, uşaqların tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edir:

“Bu gün uşaqdırsa, sabah xalqdır. Uşağı necə tərbiyə etsən, xalq da elə formalaşacaq”.

Firudin Qurbanov əlavə edib ki, din uşaqlara həyatın mənasını dərk etməyə kömək etməli, yüksək dəyərlərin nədən ibarət olduğunu izah etməlidir. Onun sözlərinə görə, məhz bu zaman gənc nəsil yaxşı ilə pisi ayırd edə biləcək düşüncə formalaşdırır.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 All News