"E-qanun.ai" platformasının təqdimat mərasimi keçirildi

"E-qanun.ai" platformasının təqdimat mərasimi keçirildi
25.09.2025 14:44 Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən "E-qanun.ai" platforması istifadəyə verilib.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası"nın icrası məqsədilə hazırlanmış bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən biridir:

"Təqdimat mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, aidiyyəti qurumların nümayəndələri, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

"E-qanun.ai" Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə müəyyənləşdirdiyi texniki şərtlər əsasında AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanıb. Sistem hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platformasıdır.

İstifadəçilər üçün sürətli təhlil və dəqiq nəticə təqdim edən platforma hüquqi sahədə yaranan suallara operativ və etibarlı şəkildə cavab əldə edilməsini hədəfləyir.

Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan və anlaşılan olmasını təmin etməkdir.

Burada istifadəçilər hüquqi məlumatı mətnə, mənaya görə və ya hibrid formada axtara, onun süni intellekt əsaslı təhlilini görüntüləyə və əvvəlki axtarışlarının tarixçəsinə öz şəxsi hesablarında baxa bilərlər.

Platformanın bazasında normativ hüquqi aktlar, normativ xarakterli aktlar, qeyri-normativ hüquqi aktlar və rəsmi mətnlər mövcuddur.

Platformanın əsas üstünlüyü süni intellekt texnologiyası ilə axtarış nəticəsinin təhlili, anlaşılan, qısa xülasənin istifadəçiyə təqdim olunması, nəticələrin filtrlənməsi, qovluqlarda saxlanılmasıdır.

Platforma həm də hüquqşünaslar və əlaqəli sahədə çalışan hər kəs üçün iş prosesini sadələşdirməyi hədəfləyir".

"Növbəti mərhələdə platforma istifadəçilərinin, eləcə də hüquqşünasların ehtiyaclarına uyğun və onların işini daha da asanlaşdıracaq təkmil funksiyaların təqdim olunması nəzərdə tutulub",- məlumatda qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Bütün Xəbərlər