IV Şuşa Qlobal Media Forumu keçiriləcək

IV Şuşa Qlobal Media Forumu keçiriləcək
10.07.2026 10:41 Cəmiyyət

Bu il iyulun 13-14-də IV Şuşa Qlobal Media Forumu keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Bildirilib ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunacaq tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.

Bundan başqa, forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.

Tədbir mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.

Xatırladaq ki, 2022-ci ildə ilk dəfə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən I Şuşa Qlobal Media Forumu "IV Sənaye İnqilabı dövründə Yeni Media", 2024-cü ildə baş tutan II Şuşa Qlobal Media Forumu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildəki III Şuşa Qlobal Media Forumu isə "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi" mövzularına həsr olunub.

İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.

Forumun əvvəlki illərdə keçirilən sessiyalarında rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının media sektoruna və xəbər istehsalı proseslərinə təsiri, bu texnologiyaların yaratdığı imkanlar və çağırışlar, mediada innovasiyalar, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi kimi məsələlər geniş müzakirə olunub. Son illərdə qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər həmin mövzuların aktuallığını daha da artırıb. Bu baxımdan, əvvəlki forumlarda əsası qoyulan müzakirələrin davamı olaraq, sözügedən istiqamətlər IV Şuşa Qlobal Media Forumunun da əsas diqqət mərkəzində olacaq və müasir çağırışlar kontekstində ətraflı müzakirə ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
AQTA yas mərasimindəki zəhərlənmə ilə bağlı AÇIQLAMA VERDİ 00:22 Bakıda partlayış baş verdi - Yaralılar var - VİDEO 23:37 Minalanmış ərazidə yanğın başladı 23:31 Hikmət Hacıyev Şuşada media nümayəndələri ilə görüşdü 23:18 İranın cənubundakı strateji ada vuruldu - TƏCİLİ 22:52 Moskvadan İrəvana birbaşa avtobus reysləri başladı 22:38 Mundialda komandaların sayı artırıla bilər 22:14 Gənc qadın evində faciəvi şəkildə öldü 21:59 İranın Qeşm adasına zərbə endirildi - VİDEO 21:34 SON DƏQİQƏ: Abşeronda güclü yanğın başladı - VİDEO 21:27 İran İordaniyadakı hərbi aviabazanı hədəfə aldı - VİDEO 21:23 İrana endirilən zərbədə yüksək vəzifəli şəxs öldürüldü 21:08 İranın ABŞ-yə qarşı əməliyyatını idarə edən komandirlər kimlərdir? 21:00 İran Küveytdə bu hədəfləri vurdu 20:54 “Fars”: Küveytdə 3 ABŞ əsgəri öldürüldü - TƏCİLİ 20:46 İran ABŞ-nin raket sistemləri hədəfə aldı 20:42 ABŞ İrana hansı silahlarla zərbə endirdi? 19:11 Hörmüz boğazı bağlandı 19:29 Maşın yağı niyə bahalaşdı? 19:24 Yasda zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI 19:43 İran Küveyti vurdu - TƏCİLİ 19:35 Gəncədə kütləvi zəhərlənmə QEYDƏ ALINDI 19:18 Xameneinin dəfnində maska taxan şəxsin kimliyi bilindi 18:56 Milli Qəhrəmanların xatirəsi yad edildi 18:31 Qubada 15 yaşlı yeniyetmə kanalda itkin düşdü 18:15 Bütün Xəbərlər