Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir

Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir
29.06.2026 11:27 Cəmiyyət

Həyatı da ifa etdiyi replər kimi sürətli keçdi. Səhnədə milyonları coşdurub "Kef elə" deyə qışqıran insan, əslində, doğulduğuna belə peşman idi.

Bu gün Hüseyn Dəryanın (Muradov) doğum günüdür. Yaşasaydı, 51 yaşı tamam olacaqdı.

Hüseyn 1975-ci il iyunun 29-da Bakıxanov qəsəbəsində, beş uşaqlı ailədə doğulur. Nərimanov rayonundakı 4 saylı fars təmayüllü məktəbdə oxuyur. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunur. Amma ali təhsili seçmir, çünki Qarabağ müharibəsi başlamışdı. Könüllü cəbhəyə yollanır, düz 4 il 4 ay səngərdə döyüşür.

Müharibədən qayıdandan sonra həyatını musiqiyə bağlayır. 2000-ci illərin əvvəlində ölkədə əsl Hüseyn Dərya fırtınası qopdu: meyxana və muğamı repə qatıb janrı kütləviləşdirir.


Son müsahibəsində sənətdəki uğurlarından belə bəhs edir:

"Bu gün repi efir və dünya səviyyəsinə kim çıxarıb? Prezident və deputat seçkilərində, dövlət layihələrində, toylarda rep... Bunu kim edib? Əlbəttə, mən!

15 respublika arasından Azərbaycana ilk dəfə "Aslanskiy" nominasiyasını qazandırır. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" mükafatlarını eyni anda götürür. Üzeyir Hacıbəyov diplomunu, "Yaşa, Azərbaycan" prezident mükafatını alan ilk reper olur. İddialı görünsə də, reallıqda tam bir dərviş idi: 

"Dünya malında gözüm yoxdur. Altımda imarət ucaltmadım, çünki əsl sənətkaram".

Şou-biznesin vəfası: İki qadın arasında parçalanan həyat

Uğurun zirvəsində olanda insan gələcək təhlükələri görə bilmir. Hüseynin həyatını alt-üst edən narkotik asılılığı həm sənətinə, həm də ailəsinə ağır zərbə vurur.

Şəxsi həyatı iki qadının sevgisi və ittihamları arasında qalır. İlk həyat yoldaşı Sevda xanım illərlə onun müalicəsinə çalışdığını, qızı atasız qalmasın deyə dözdüyünü desə də, ayrılıqda reperin ikinci xanımı Sona İbadovanı günahlandırır:

"Sona bizim yuvamızı yıxdı. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı".


Amma Hüseyn həbsxanaya düşəndə, hamı ondan üz çevirəndə yanında yenə Sona olur. Hüseyn son müsahibəsində bu fədakarlığı unutmur:

"Bir sözümlə qışın covğununda belə həbsxanaya gəlirdi. Bəhanə etmirdi. Buna görə Sonaya minnətdaram". 

Bəs dostlar, sənət yoldaşları? Bircə nəfər də olsun reperin yolunu gözləmir, təkcə reper Dadodan başqa. Qalan hamı onu tək qoyur. Hüseyn isə bu vəfasızlığa acı bir gülüşlə cavab verirdi:

"İndi hamı məni axtarır, toya çağırır. Mən də pulumu alıb gedirəm. Həyat belədir. İnsan ən vəhşi məxluqatdır".

"38 ilin məhbusuyam": 10 manatlıq benzin pulu

Həbsxana Hüseyni tamamilə dəyişir. O, ölkədə narkotik asılılığını millət qarşısında açıq etiraf edən yeganə məşhur idi:

"Səhv etmişəm, mənə şans verin, məni cəmiyyətdən silməyin dedim, xalq da bu şansı verdi".

2008-ci ildən ömrünün sonuna qədər, tam 6 il təmiz qalır. Canlı yayımda qan analizi verməyə belə hazır idi. Lakin media və ətrafındakı insanlar keçmişini ona qarşı daim silah kimi istifadə edir, yalan həbs xəbərləri yayır.


Həbsxana onun üçün fiziki məkandan ibarət deyildi, çünki bütün ömrünü zindan sayırdı:

"38 yaşım var və 38 ildir məhbus həyatı yaşayıram. Sadəcə bir gün orada, bir gün burada..." 

İçəridə olanda rəisi Nizami müəllimə yalvarırmış: 

“Mən, rəhmət və əbədiyyət üçün yaşayan insanam. Mənim bu dünyanın var-dövlətində gözüm yoxdur. Fərqi yoxdur, zindan olur, ya müharibə... Bir dənə qələmimi əlimdən almasınlar. Həbsxanada Nizami Quliyev idi rəisim... Deməli, ona da deyirdim ki, Nizami müəllim, azadlığımı əlimdən alırsınız, alın, ixtiyarımı da əlimdən alırsız, alın. Eybi yoxdur... Çörəyimi də əlimdən alırsız, alın. Bir dənə bu qələmimi əlimdən almayın, mən onunla yaşayıram. Deyirdi ki, bala, get karsa. Al, bu da sənə qələm. Get orada yaz”.

Cəmiyyətin təzyiqi onu daxilən bitirir, doğulmağına peşman olduğunu deyir. Hətta iki həftə boyunca hər gün intihar planları qurduğunu gizlətmir:

"Yaşadığım hər gün cəhənnəmə doğru bir addımdır".

Bir vaxtlar şou-biznesdə hamıdan çox qazanan adam, son günlərini dostlarının verdiyi yanacaq pulu ilə yola verir:

"Dostlar kömək edir. Al bu 10 manatı, benzin vurarsan deyirlər. Belə dolanıram".

Fatal narkoz və morqdakı sirli xırıltı

Hüseyn şou-biznesin və medianın laqeydliyindən çox yorulur: 

"Bu sənətin yiyəsi çoxdur. Kim kimə nə istəyir yazır, şər atır, axırda da şou adlandırırlar. Amma bu mənim həyatımdır".

Bu gərginlik və çarəsizlik onu 14 mart 2014-cü ildə hava limanı yolunda ağır qəzaya aparır. İdarə etdiyi avtomobil KamAZ-la toqquşur. Ölümü də həyatı kimi müəmmalı olur. İlk xanımı Sevdanın iddiasına görə, Hüseyn ağır astma xəstəsi idi, ona narkoz vermək olmazdı. Xəstəxanada əməliyyat zamanı vurulan o narkoz onun sonu olur. Sağlığında küsülü olduğu həmkarları Elşad Xose və Anar Nağılbazla onu ölüm barışdırır. Anar Nağılbaz dəfnə gəlir, kədərini belə bölüşür:

"Çox pis oldum... Qalmaqalları öz adıma yazıb, onu qızışdıranlardan uzaq tutmaq istəyirdim".


Ən dəhşətli hadisə isə morqda yaşanır. Şahid Fəxrəddin Sadıqzadənin dediyinə görə, cənazəni maşına qoyanda içəridən qəribə bir xırıltı gəlir. Çəkiliş aparan Fəxrəddin bəylə bərabər, reperin xanımı Sona da onu eşidir:

"Bu, Hüseynin səsidir..."

Ölümündən bir neçə ay əvvəl verdiyi son müsahibəsində bu şeiri oxuyur:

"Çatacaqdır əcəlim, mən yumacam gözlərimi,

Uzanıb qarə məzarda açacam dizlərimi.

Gələcəkdir gələcək, hər kimki oxusa sözlərimi

Əbədi ruhuma rəhmət oxuyacak, inşallah!"

Sanki ölümünün ssenarisini danışır…

"Mənim xoşbəxtliyim Allahın məni bu dünyada cəzalandırmasıdır. Cəhənnəmi burada çəkirəm, o dünyaya günahım qalmır". 

Cəhənnəmini elə bu torpaqda yaşadı. Qorxmadı, sözünü dedi və getdi. Ruhu şad olsun…

Qiymət Mahir

NEWS FEED
29 JUNE 2026
Sevgi ağrısı nədir? Psixosomatika bu hissi necə izah edir? 15:50 FN F2000: Bullpup dizaynın innovativ nümunəsi 18:02 "Qəbələ" Kouya Mabena ilə müqavilə imzaladı 17:46 Aytmatovun "Səlvi boylum, al yazmalım" aynasından görünən Azərbaycanı Kadir İnanır necə xatırlatdı? 17:25 ADY yay qrafikinə keçir 17:13 Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır 17:06 Lupus xəstəliyi niyə yaranır? Simptomlar və uzunmüddətli nəzarət yolları 14:32 SSRİ-ni naxçıvanlılar dağıtdı... - Moskvanın "palaz altına süpürdüyü" həqiqət - VİDEO 16:52 Bəzi ərazilərdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 16:40 “Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz 16:36 Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi 16:35 Zəlzələ Venesueladan əl çəkmir 16:30 Rusiyadan Zəngəzuru qarışdıran açıqlama 16:25 Almaniyanı sarsıdan silahlı basqın: Ölənlər var - GÖRÜNTÜLƏR 16:19 Türkiyədə "kütləvi" əməliyyat - Yüzlərlə şəxs həbs olundu 16:14 DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar 16:09 AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı 16:08 Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir 15:50 Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 All News