ADY yay qrafikinə keçir

ADY yay qrafikinə keçir
29.06.2026 17:13 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.

TodayPress TV ADY-yə istinadən xəbər verir ki, turizm yönümlü marşrut olan Bakı–Qəbələ–Bakı istiqamətində iyunun 6-dan etibarən reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir.

Bundan əlavə, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.

31 avqust tarixinə qədər Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatar reysləri hər şənbə və bazar günləri təşkil olunacaq. Məqsəd yay mövsümündə qərb istiqamətində artan sərnişin tələbatının qarşılanmasıdır.

Yay mövsümündə tətbiq ediləcək yeniliklərdən biri də Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafikinin dəyişdirilməsidir. Belə ki, 1 iyul tarixindən etibarən qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.

Xatırladaq ki, 6 iyun tarixindən başlayaraq rayonlararası istiqamətlər üzrə qatar səfərləri Dərnəgül stansiyasından da təşkil olunur. Bu, sərnişinlər üçün daha rahat və əlçatan nəqliyyat imkanları yaradır.

Bundan başqa, 1 iyul tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə əsasən təşkil ediləcək. Yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə həftəiçi gündəlik 84 reys həyata keçiriləcək. Şənbə və bazar günləri isə reyslər hazırkı qrafiklə icra olunacaq.

Yay mövsümünə keçidlə əlaqədar sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edirik.

Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

İyulun 1-dən etibarən isə yeni hərəkət cədvəlləri www.ady.az saytında və "ADY Mobile" tətbiqində aktiv olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Azərbaycan rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun liderlərindən biri olmalıdır - Mehriban əliyeva 19:35 Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi 19:28 Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi 19:22 Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzaladı 19:26 ABŞ-də 5,5 maqnitudalı zəlzələ baş verdi 19:31 Sevgi ağrısı nədir? Psixosomatika bu hissi necə izah edir? 15:50 FN F2000: Bullpup dizaynın innovativ nümunəsi 18:02 "Qəbələ" Kouya Mabena ilə müqavilə imzaladı 17:46 Aytmatovun "Səlvi boylum, al yazmalım" aynasından görünən Azərbaycanı Kadir İnanır necə xatırlatdı? 17:25 ADY yay qrafikinə keçir 17:13 Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır 17:06 Lupus xəstəliyi niyə yaranır? Simptomlar və uzunmüddətli nəzarət yolları 14:32 SSRİ-ni naxçıvanlılar dağıtdı... - Moskvanın "palaz altına süpürdüyü" həqiqət - VİDEO 16:52 Bəzi ərazilərdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 16:40 “Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz 16:36 Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi 16:35 Zəlzələ Venesueladan əl çəkmir 16:30 Rusiyadan Zəngəzuru qarışdıran açıqlama 16:25 Almaniyanı sarsıdan silahlı basqın: Ölənlər var - GÖRÜNTÜLƏR 16:19 Türkiyədə "kütləvi" əməliyyat - Yüzlərlə şəxs həbs olundu 16:14 DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar 16:09 AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı 16:08 Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir 15:50 Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Bütün Xəbərlər