AQTA tənqidlərə cavab verdi: Yeni qərarın əsl məqsədi nədir?

AQTA tənqidlərə cavab verdi: Yeni qərarın əsl məqsədi nədir?
09.07.2026 10:06 Cəmiyyət

Xəbər verdiyimiz kimi, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. AQTA-nın bu qərarı geniş müzakirələrə səbəb olub, mütəxəssislər tərəfindən tənqid olunub

AQTA-nın mətbuat xidmətindən TodayPress TV-yə bildirilib ki, yeni tələblərin tətbiqinə hazırlıq məqsədilə 2027-ci il yanvarın 1-dək keçid dövrü müəyyən edilib:

"Bu müddətdə ölkəyə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbə üzrə yerləşdirilməsinə icazə veriləcək və daşınma zamanı maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş təşkil edəcək.

Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".

Qeyd olunub ki, heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələri yalnız daşınma funksiyasını yerinə yetirmir:

"Bu nəqliyyat vasitələri sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz şəkildə boşaldılması, fərdi kliniki müayinəsi və zərurət olduqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin konstruksiyası onların effektiv yuyulması, təmizlənməsi və dezinfeksiya edilməsinə imkan verir ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əsas biotəhlükəsizlik tələblərindən biridir".

Agentlik əlavə edib ki, qərarın dərhal deyil, 2027-ci il yanvarın 1-dən tətbiq olunması və bu tarixədək keçid dövrünün müəyyən edilməsi də məhz sahibkarlıq subyektlərinin yeni tələblərə uyğunlaşması üçün kifayət qədər vaxt yaradılması məqsədi daşıyır:

"Bundan əlavə, beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmış nəqliyyat vasitələri daha yüksək daşıma tutumuna malik olmaqla heyvanların rifah normaları gözlənilməklə daha səmərəli daşınmasına, logistika proseslərinin optimallaşdırılmasına və sərhəd baytarlıq nəzarətinin daha operativ həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan, yeni tələblərin uzunmüddətli perspektivdə həm heyvan sağlamlığının qorunmasına, həm də idxal proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
09 JULY 2026
Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Britaniya “Zəngəzur” gəmisini sanksiya altından çıxardı - FOTO 11:50 Türk oğlu İsveçrənin taleyini yazdı 11:49 Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır? 11:38 NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar 11:28 NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət... 11:16 ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər 10:56 Ərdoğandan NATO liderlərinə qeyri-adi hədiyyə 10:46 Qalibafdan Vaşinqtona sərt ultimatum: Bu zərbələrin cavabı qisas olacaq! 10:31 İran ABŞ-yə kömək edən ölkələri hədələdi 10:20 XİN rəhbəri TRIPP-lə bağlı prosesləri açıqladı 10:11 AQTA tənqidlərə cavab verdi: Yeni qərarın əsl məqsədi nədir? 10:06 XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi 10:05 ABŞ İranın "can damarı"nı vurdu: Gecə zərbələrindən sonra hərəkət məhdudlaşdırıldı 09:56 Birjalarda neft bumu: Qiymətlərdə kəskin artış büdcəyə necə təsir göstərəcək? 09:44 Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri ilk dəfə paylaşıldı - VİDEO 09:30 Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı 09:08 ABŞ ordusu İranın 90 hərbi obyektini vurdu - VİDEO 08:45 Xameneinin cənazəsi Kərbəlaya aparıldı – İzdiham yaşandı 08:41 Azərbaycanda Diplomatiya Günüdür 08:35 ABŞ bazalarına raket hücumu: İran cavab əməliyyatı keçirdi - VİDEO 08:20 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 23:05 Xəstəliklərdən qoruyan meyvələr bəlli oldu – Süfrənizdən əskik etməyin 22:53 All News