Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?

Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?
23.06.2026 14:35 Cəmiyyət

Antalya və Bodrum kimi dünyanın ən çox turist qəbul edən çimərliklərində hər il milyonlarla insan dənizə üz tutsa da, ölüm və boğulma halları nisbətən aşağı olur. Amma Xəzərin bəzi nəzarətsiz sahələrində isə hər yay təkrarlanan faciələr ciddi suallar yaradır. Bu halda aydın olur ki, fərq təkcə dənizin təbiətində deyil, daha çox təhlükəsizlik sistemləri və insan davranışı ilə bağlıdır.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirir ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır. Yəni qarşısı alına biləcək səhvlər nəticəsində insanlar təhlükəli vəziyyətə düşürlər. Spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək kimi hallar hələ də ciddi problem olaraq qalır. Eyni zamanda bir çox insan dənizin dəyişkən təbiətini, güclü axınları və külək faktorunu kifayət qədər nəzərə almır. Halbuki bu kimi təbii şərtlər hətta təcrübəli üzgüçülər üçün belə risk yarada bilər.


Ekspertin sözlərinə görə, rəsmi və nəzarət olunan çimərliklərdə vəziyyət daha təhlükəsizdir. Belə ərazilərdə xilasetmə xidmətləri fəaliyyət göstərir, suyun dərinliyi nəzarətdə saxlanılır və təhlükəli daşlıq və ya relyef elementləri təmizlənir. Nəzarətsiz çimərliklərdə isə bu imkanlar olmadığı üçün hər hansı fövqəladə halda insan həyatını xilas etmək çox çətin olur.

Problemin digər vacib tərəfi maarifləndirmədir. İnsanlar yalnız “dalğa var, çimmək olmaz” kimi sadə xəbərdarlıqlarla kifayətlənməməli, dənizdə baş verən təhlükəli proseslərin mahiyyətini də anlamalıdırlar. Axına düşdükdə bədəndə nə baş verir, boğulma hadisəsinin necə sürətlə inkişaf etdiyi kimi biliklər daha geniş şəkildə ictimaiyyətə çatdırılmalıdır.

Eyni zamanda qayda pozuntularına qarşı həm ictimai nəzarət, həm də inzibati tədbirlər gücləndirilməlidir. Çünki təhlükəli davranışlar təkcə fərdi risk yaratmır, həm də ümumi faciələrə səbəb olur.

Xəzərdə baş verən boğulma hadisələrinin əsas səbəbi çox vaxt dənizin özü deyil, insanın diqqətsizliyi və “mənə heç nə olmaz” yanaşmasıdır. Bu düşüncə dəyişmədikcə, hər yay oxşar faciələrin təkrarlanma ehtimalı qalır.

Xanım Musayeva

NEWS FEED
08 AUGUST 2026
Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 All News