ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirdi

ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirdi
17.10.2025 16:55 Cəmiyyət

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun tapşırığına əsasən Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasında olub.

TodayPress TV xəbər verir ki, İlham Quliyev Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib.

Baxışın məqsədi oktyabrın 16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermiş balıqların kütləvi tələf olması faktı ilə bağlı vəziyyəti yerində araşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Bunlara “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” və “Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün ‘Araz-1’ və ‘Araz-2’ iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihələri daxildir.

Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsi tamamlanıb, tender müsabiqəsi keçirilib və qalib podratçı ilə müqavilə bağlanıb. Hazırda tikinti-quraşdırma işlərinə start verilib.

Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi”, həmçinin “Gilançaydan Culfa və Babək rayonlarının ərazisində 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması” layihələri üzrə də layihələndirmə və ekspertiza işləri tamamlanıb, tikinti mərhələsinə hazırlıq işləri davam etdirilir.

İlham Quliyev vurğulayıb ki, həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.

TodayPress TV

FOTOLAR

ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirdi — 1
ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirdi — 2
ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirdi — 3
ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirdi — 4
ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirdi — 5
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Bütün Xəbərlər