5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi

5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
23.06.2025 17:34 Cəmiyyət

AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Ağdaş və Mingəçevir-Bakı şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

“Bakı-Gədəbəy” marşrutu üzrə hüquqi şəxs "Xoşqədəmli" MMC;

“Bakı-Lənkəran” marşrutu üzrə fiziki şəxs Həsənli Mirnahid İqbal oğlu;

“Bakı-Sabirabad” marşrutu üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu;

“Bakı-Ağdaş” marşrutu üzrə fiziki şəxs Məhərrəmov Tural Elşad oğlu;

“Mingəçevir-Bakı” marşrutu üzrə fiziki şəxs Rəsulov Şərif Kamal oğlu qalib elan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

XƏBƏR LENTİ
03 AVQUST 2026
ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 "Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 Bütün Xəbərlər