Gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlər tətbiq olunacaq

Gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlər tətbiq olunacaq
30.05.2025 09:56 Cəmiyyət

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniyanın London şəhərində keçirilən Naviqasiya, kommunikasiya və axtarış-xilasetmə üzrə Alt Komitəsinin (NCSR) 12-ci sessiyasında gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi müzakirə olunub.

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev təmsil edib.  Sessiya çərçivəsində texniki və normativ məsələlər müzakirə edilib və müvafiq qərarlar, tövsiyələr hazırlanaraq təqdim olunub.

Beynəlxalq tədbirdə gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi, GPS və digər peyk sistemlərinin dəqiqliyinin artırılması, həmçinin kibertəhlükəsizlik və texniki xidmət qaydaları nəzərdən keçirilib, gəmi və sahil, gəmi ilə gəmi, eləcə də gəmi ilə peyk arasında məlumat mübadiləsini daha geniş, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək məsələləri müzakirə olunub. 

M.Niftiyev sessiyada iştirakın vacibliyini vurğulayaraq qeyd edib ki, tədbir dəniz təhlükəsizliyi və kommunikasiya sahəsində beynəlxalq tələblər və yeniliklər haqqında birbaşa məlumat əldə etməyə, həmçinin ölkəmizin bu sahədə mövcud təcrübə və ehtiyaclarının nəzərə alınması üçün beynəlxalq platformada məlumatların alınmasına şərait yaradır.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər