Prezidentlər Şuşa məscidində...

Prezidentlər Şuşa məscidində...
23.06.2026 13:38 Xarici siyasət

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.

Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.

Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə reallaşır.

Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.

TodayPress TV

FOTOLAR

Prezidentlər Şuşa məscidində... — 1
Prezidentlər Şuşa məscidində... — 2
Prezidentlər Şuşa məscidində... — 3
Prezidentlər Şuşa məscidində... — 4
Prezidentlər Şuşa məscidində... — 5
Prezidentlər Şuşa məscidində... — 6
Prezidentlər Şuşa məscidində... — 7
Prezidentlər Şuşa məscidində... — 8
Prezidentlər Şuşa məscidində... — 9
XƏBƏR LENTİ
23 IYUN 2026
AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı 15:49 5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu? 15:39 Şıxlinski və oğlu barədə yekun qərar verildi 15:34 Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 15:32 KİV: Tramp Zelenskiyə “yaşıl işıq” yandırdı 15:29 Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ 15:28 Azərbaycan rəsmi qonağı yola saldı 15:22 Liderlər Şuşada birgə nahar etdilər 15:20 Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi 15:18 Tonlarla çətənə kolu məhv edilib 15:11 İki qardaş ölkə rəhbəri Bülbülün ev-muzeyini ziyarət etdi 14:59 "Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşdı 14:55 Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir? 14:35 Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir? 14:29 Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ 12:12 İlham baba, şəkil çəkdirək? - Balacanın arzuları çin, özü gündəm oldu - VİDEO 14:13 Berdiməhəmmədov Natəvanın güllələnmiş heykəli qarşısında 14:01 Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular 13:54 Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI 13:43 Qərbi Azərbaycan ABŞ konqresinin diqqətində 13:43 Prezidentlər Şuşa məscidində... 13:38 Amerikalılar bezib - İran, yanacaq, bahalaşma... 13:32 Bütün Xəbərlər