Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?

Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?
23.06.2026 14:35 Cəmiyyət

Antalya və Bodrum kimi dünyanın ən çox turist qəbul edən çimərliklərində hər il milyonlarla insan dənizə üz tutsa da, ölüm və boğulma halları nisbətən aşağı olur. Amma Xəzərin bəzi nəzarətsiz sahələrində isə hər yay təkrarlanan faciələr ciddi suallar yaradır. Bu halda aydın olur ki, fərq təkcə dənizin təbiətində deyil, daha çox təhlükəsizlik sistemləri və insan davranışı ilə bağlıdır.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirir ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır. Yəni qarşısı alına biləcək səhvlər nəticəsində insanlar təhlükəli vəziyyətə düşürlər. Spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək kimi hallar hələ də ciddi problem olaraq qalır. Eyni zamanda bir çox insan dənizin dəyişkən təbiətini, güclü axınları və külək faktorunu kifayət qədər nəzərə almır. Halbuki bu kimi təbii şərtlər hətta təcrübəli üzgüçülər üçün belə risk yarada bilər.


Ekspertin sözlərinə görə, rəsmi və nəzarət olunan çimərliklərdə vəziyyət daha təhlükəsizdir. Belə ərazilərdə xilasetmə xidmətləri fəaliyyət göstərir, suyun dərinliyi nəzarətdə saxlanılır və təhlükəli daşlıq və ya relyef elementləri təmizlənir. Nəzarətsiz çimərliklərdə isə bu imkanlar olmadığı üçün hər hansı fövqəladə halda insan həyatını xilas etmək çox çətin olur.

Problemin digər vacib tərəfi maarifləndirmədir. İnsanlar yalnız “dalğa var, çimmək olmaz” kimi sadə xəbərdarlıqlarla kifayətlənməməli, dənizdə baş verən təhlükəli proseslərin mahiyyətini də anlamalıdırlar. Axına düşdükdə bədəndə nə baş verir, boğulma hadisəsinin necə sürətlə inkişaf etdiyi kimi biliklər daha geniş şəkildə ictimaiyyətə çatdırılmalıdır.

Eyni zamanda qayda pozuntularına qarşı həm ictimai nəzarət, həm də inzibati tədbirlər gücləndirilməlidir. Çünki təhlükəli davranışlar təkcə fərdi risk yaratmır, həm də ümumi faciələrə səbəb olur.

Xəzərdə baş verən boğulma hadisələrinin əsas səbəbi çox vaxt dənizin özü deyil, insanın diqqətsizliyi və “mənə heç nə olmaz” yanaşmasıdır. Bu düşüncə dəyişmədikcə, hər yay oxşar faciələrin təkrarlanma ehtimalı qalır.

Xanım Musayeva

XƏBƏR LENTİ
23 IYUN 2026
Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı 19:14 Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü 18:30 Pezeşkian ABŞ və İsrail zərbələrindən sonra ilk səfərini reallaşdırdı 18:40 Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı 18:45 İran ölkə daxilində hava nəqliyyatını bərpa edir 18:17 PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Anevrizma barədə əsas məlumatlar: Risklər, simptomlar və müalicə 16:34 Ariete: Avropa tankçılığının klassik nümunəsi 17:48 Zelenski ilə danışmaq üçün heç bir əsas yoxdur - Putin 17:43 İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı 17:34 İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI 17:32 Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 Bütün Xəbərlər