Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib”

Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib”
23.06.2026 15:59 Cəmiyyət

Paytaxtın Binəqədi rayonunda su xəttində baş verdiyi bildirilən qəza sakinlərin ciddi narahatlığına səbəb olub. 

TodayPress TV redaksiyasına müraciət edən sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin hələ də həll olunmadığını bildirirlər.

Hadisə Binəqədi rayonu, Birinci Mədən qəsəbəsi, Aşırım küçəsində, Vulkan dağının yaxınlığında qeydə alınıb.

Şikayətçi bildirib ki, evlərinin üzərindən keçən kiçik su xəttində qəza baş verib və nəticədə əraziyə böyük həcmdə su axmağa başlayıb.

"Bizim evin üstündən kiçik bir su xətti keçir. Həmin xətt və şlanqlar partlayıb. Nə qədər müraciət etsək də, nəticə yoxdur. Rəsmi ərizə ilə də müraciət etmişik, amma gəlib baxan olmayıb".

Sakinin sözlərinə görə, hadisədən sonra yalnız bir əməkdaş əraziyə baxış keçirib, lakin görülən tədbirlər problemi aradan qaldırmayıb.

"Sadəcə bir işçi gəlib xəttə baxdı, müəyyən müdaxilə etdi, amma su sızması əvvəlki kimi davam edir. Bütün evimizin ətrafı bataqlığa çevrilib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Su İdarəsinə müraciət etmişik. Ayın 8-də Azərsuya ərizə ilə müraciət etmişəm. Həmçinin 20 Yanvar ərazisindəki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə də (ADSEA) dəfələrlə getmişəm. Dünən artıq dördüncü dəfə müraciət etdim. Amma hər dəfə sadəcə "baxılacaq" deyib məni yola salırlar".

Şikayətçinin sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri də əraziyə baxış keçiriblər. Lakin problemin onların səlahiyyətlərinə aid olmadığını bildirərək hər hansı tədbir görməyiblər.

Nəticədə isə su fasiləsiz axıb gedir. Yolun hər tərəfi, ətraf ərazilər su içindədir. Evin alt hissəsi və zirzəmisi tamamilə su ilə dolub.

Müraciətdə qeyd olunur ki, suyun davamlı şəkildə axması artıq təkcə narahatlıq deyil, həm də yaşayış evi üçün ciddi təhlükə yaradır.

"Evə və yola suyun sızması ciddi problemdir. Xüsusilə zirzəminin su ilə dolması evin bünövrəsinə ziyan vurur və gələcəkdə daha böyük təhlükələr yarada bilər. Aidiyyəti qurumlara dəfələrlə edilən müraciətlərə baxmayaraq, problemin həll olunmaması sakinlərdə ciddi narahatlıq yaradır"

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib, mövqeyini dərc etməyə hazırıq.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” — 1
Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” — 2
XƏBƏR LENTİ
12 AVQUST 2026
Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 ştat "Meta"nı məhkəməyə verdi 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 “Çelsi”dən müdafiəyə güclü transfer: Pep Çavarria gəldi! 15:36 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə! 15:20 Bütün Xəbərlər