Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNDİ

Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNDİ
25.05.2025 11:40 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. TodayPress TV xəbər verir ki, Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirib, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuyıb. Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib. Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olunub. Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


***


10:10


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNDİ — 1
XƏBƏR LENTİ
19 AVQUST 2026
Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 Tramp Kim Çen Inla görüşmək istəyir 11:23 Rusiya aktivləri Ukraynaya verilir? Kiyevdən beynəlxalq tərəfdaşlara mühüm tələb 11:33 Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu 11:25 "Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi 10:44 Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir 10:36 Malayziyanın yeni səfiri Azərbaycana gəldi 10:54 O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi 10:50 Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq 10:48 Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar: 9 nəfər həbs edildi 10:36 Sabalenkodan möhtəşəm rekord: WTA-1000 turnirlərində tarix yazdı 10:30 Azərbaycan XİN Əfqanıstanı təbrik etdi 10:21 Çində güclü zəlzələ baş verdi 10:07 Bütün Xəbərlər