SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu

SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu
08.08.2026 19:26 Xarici siyasət

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb.

Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.

Dövlət Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib.

Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.

Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib.

Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.

Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.

Dövlət başçıları həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.

Dövlət G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

XƏBƏR LENTİ
08 AVQUST 2026
Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu 19:26 Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir 18:59 Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!” 18:13 TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi 18:27 Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu 18:06 Vuçiç Avropanın proqnozunu verdi: Soyuq qış, “isti” müharibə 18:00 Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı 16:21 “Çelsi”nin gənc ulduzuna Premyer Liqadan təklif – 2,4 milyonluq transfer 16:50 İran XİN başçısı Xəzər dənizinin hüquqi statusu haqqında danışdı 16:44 Hörmüz boğazında tankerə raket zərbəsi: Səudiyyə Ərəbistanından İrana xəbərdarlıq 17:10 Vuçiçdən Zelenskiyə Aİ vədi: “Ukraynaya kömək edəcəyik” 17:04 Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır" 16:27 Türkiyədə tunel uçdu: Ölən və yaralananlar var 16:13 Medvedev Ermənistana xəbərdarlıq etdi: “Gürcüstanın taleyini təkrarlayacaq” 16:16 "Arsenal" Brunu Qimaraynşi transfer etdi 16:08 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır – SƏBƏB 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Bütün Xəbərlər