Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak etdi

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak etdi
04.02.2026 00:19 Xarici siyasət

Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində "İnsan Qardaşlığı Məclisi" ("Human Fraternity Majlis") adlı tədbirdə iştirak edib.

TodayPress TV xəbər verir ki, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olunub.

Sonra Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış ediblər.

Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

"Zayed İnsan Qardaşlığı Mükafatı" barədə videoçarx nümayiş olunub.

"Qadın liderliyi insan qardaşlığının təməlidir" adlı panel sessiyada İndoneziyanın keçmiş prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser Qarsiya çıxış ediblər.

Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanda fərqli mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat tərzinin ayrılmaz hissəsi olduğunu bildirib. O, uşaqların mehriban mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğulayıb. Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva fond tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan, Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya əsaslı təmir edildiyini bildirib. Yeni texnologiyaların inkişafı ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla Əliyeva bu prosesin artıq başladığını deyib.

Leyla Əliyeva qeyd edib ki, həm valideynlər, həm də müəllimlər uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları dinləməyi bacarmalıdırlar.

Uşaqların sosial medianın mənfi təsirlərindən qorumağın əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirib.

Tədbirdə, həmçinin Pakistanın birinci xanımı Aseefa Bhutto Zardari çıxış edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Bütün Xəbərlər