Hikmət Hacıyev: Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir

Hikmət Hacıyev: Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir
14.06.2025 13:29 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqa şəhərində keçirilən “GLOBSEC Forum 2025” çərçivəsində təşkil olunmuş “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” adlı paneldə yaşıl dəhlizin ölkənin enerji strategiyasındakı yerindən danışıb.

TodayPress TV xəbər verir ki, Hikmət Hacıyev “Yaşıl dəhliz” təşəbbüsünün Azərbaycanın enerji bağlantısı strategiyasının məntiqi davamı olduğunu və bu istiqamətdə yeni mərhələni ifadə etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın quruda və dənizdə ümumi bərpaolunan enerji potensialı 200 giqavatt həcmində qiymətləndirilir. Məhz bu potensiala əsaslanaraq, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə keçəcək kabel layihəsi üzərində çalışır.

Bolqarıstan da bu təşəbbüsə qoşulub.

Hikmət Hacıyev qeyd edib ki, hazırda iki istiqamətdə yaşıl dəhliz üzərində iş aparılır: biri Qara dəniz marşrutu üzrə, digəri isə Türkiyə və Bolqarıstan xətti üzrədir. O əlavə edib ki, COP29 zamanı Azərbaycan Mərkəzi Asiya ölkələri, Qazaxıstan və Özbəkistanla Trans-Xəzər bərpaolunan enerji layihələri üzrə Anlaşma Memorandumu imzalayıb.

O vurğulayıb ki, Avropa İttifaqı yeni enerji mənbələrinə ehtiyac duyur və rəqəmsal keçid fonunda yeni elektrik tutumları tələb olunur. Bu baxımdan, Cənubi Qafqaz və Xəzər bölgəsi Avropa üçün həm coğrafi cəhətdən yaxın, həm də etibarlı tərəfdaşdır.

“Bu parametrləri nəzərə alaraq, yaşıl dəhliz şərq-qərb dəhlizinin yeni və strateji komponenti kimi çıxış edə bilər”,- deyə Hikmət Hacıyev bildirib.

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər