Ceyhun Bayramov: “TRIPP marşrutu Azərbaycanın legitim maraqlarına əsaslanır”

Ceyhun Bayramov: “TRIPP marşrutu Azərbaycanın legitim maraqlarına əsaslanır”
26.12.2025 16:33 Xarici siyasət

“Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması ilə bağlı razılaşma 2020-ci ildən mövcuddur. Bu müddət ərzində Ermənistan tərəfindən heç bir əməli addım atılmayıb. Azərbaycan isə dərhal öz ərazisində müvafiq işlərə başlayıb və həmin işlərin böyük hissəsi artıq başa çatdırılıb. Ermənistan tərəfinin fəaliyyətsizliyi səbəbindən danışıqlar da uzun müddət nəticəsiz qalıb”.  

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Ermənistanın bu prosesdə ləngiməsinin səbəblərini qiymətləndirməyə ehtiyac yoxdur, lakin faktiki olaraq öhdəliklərin icra edilmədiyi açıq şəkildə görünür. Onun sözlərinə görə, 8 avqust tarixində razılaşdırılmış paket çərçivəsində bu öhdəliklərin yenidən təsbit olunması mühüm addım olub.

Ceyhun Bayramov qeyd edib ki, TRIPP təşəbbüsü ABŞ Prezidenti Donald Trampın adı ilə bağlıdır və bu baxımdan layihə ABŞ üçün də ciddi irəliləyiş hesab olunur. Azərbaycan özünün legitim maraqlarını qarşı tərəfə açıq şəkildə çatdırıb və bu maraqların nəzərə alınacağına ümid edir.

Nazir vurğulayıb ki, TRIPP marşrutunun həm giriş, həm də çıxış nöqtələri Azərbaycan ərazisində yerləşir. Şərtlər Azərbaycanın maraqlarına uyğun olmadığı təqdirdə layihənin icrası mümkün deyil. Onun sözlərinə görə, bu layihə son dərəcə əhəmiyyətlidir: bir tərəfdən Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantının təmin olunması, digər tərəfdən isə Şərq–Qərb nəqliyyat dəhlizi üçün böyük perspektivlər açır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Bütün Xəbərlər