Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi

Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi
29.06.2026 11:19 Xarici siyasət

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı səsləndirib.

“Türk dünyası həftəsi çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə təşkil olunan bu əlamətdar konqresin uğurla keçməsini və Türk dünyası üçün xeyirli nəticələrə səbəb olmasını arzulayıram. Bir qədər əvvəl Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ziyalılarımız Bakıda ortaq tarix və mədəniyyət şüurunun müsbət elmlər əsasında gücləndirilməsi məqsədini qarşıya qoydular. Onların apardıqları müzakirələr və qəbul etdikləri qərarlar yalnız bu günümüzə işıq salan elmi fəaliyyət deyil, eyni zamanda qətiyyətli iradə və uzaqgörən baxış ortaya qoydu. Bakı Qurultayının bizə miras qoyduğu bu ideyanı könül coğrafiyamızın hər bir guşəsində yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək hamımızın ortaq məsuliyyətidir. Türk dünyasındakı institusional əməkdaşlığımızın əsaslarından biri olan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətlərimizi böyük mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarından ilham alaraq hər keçən gün daha da dərinləşdirir və genişləndiririk. Bütün bu prosesdə Bakı Qurultayının ortaya qoyduğu təşəbbüsü yolumuzu işıqlandıran bir rəhbər kimi qəbul etməyə davam edirik. Türkiyənin ən mühüm hədəflərindən biri Türk dünyasının ortaq tariximizə, dilimizə və mədəniyyətimizə sahib çıxması, qədim keçmişimizdən aldığımız güclə Türk əsri vizyonunun inşa edilməsidir. Bu çərçivədə qarşıdakı payızda keçiriləcək və mühüm qərarların qəbul olunacağı Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsini Türk dünyasının inteqrasiyası məqsədimizə istiqamət verəcək dönüş nöqtəsinə çevirmək üçün bütün gücümüzlə çalışırıq. Şübhəsiz ki, bu əlamətdar tədbirdə aparılacaq müzakirələr ortaq əməkdaşlıq imkanlarımızı genişləndirərək Ankara Zirvəsinə və bütövlükdə Türk dünyasının gələcəyinə mühüm töhfələr verəcək. 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsi kimi, bu mühüm tədbirin də Bakıda təşkil olunması təsadüf deyil. Türk dünyasının birlik və həmrəyliyinin ən güclü simvollarından biri olan Azərbaycan bu gün də Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verməyə davam edəcək. Bu düşüncələrlə tədbirin təşkilində əməyi keçən bütün şəxsləri, qurum və təşkilatları təbrik edirəm. Konqres münasibətilə Birinci Türkoloji Qurultayda iştirak etmiş əcdadlarımızı rəhmətlə yad edir, Türk birliyimizin, həmrəyliyimizin və qardaşlığımızın daim olmasını diləyirəm”, - müraciətdə deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Bütün Xəbərlər