Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
17.07.2025 12:59 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verdi.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.

FOTOLAR

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 1
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 2
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 3
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 4
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 5
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 6
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 7
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 8
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar — 9
XƏBƏR LENTİ
17 AVQUST 2026
Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 Bütün Xəbərlər