Çin "Starlink"i milli təhlükəsizliyə təhdid hesab edir

Çin "Starlink"i milli təhlükəsizliyə təhdid hesab edir
02.01.2026 11:50

Çin hakimiyyəti "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsini ölkənin milli təhlükəsizliyi üçün potensial təhdid kimi qiymətləndirib. Bu mövqe BMT Təhlükəsizlik Şurasında səsləndirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri Çin nümayəndəsinin BMT Təhlükəsizlik Şurasındakı çıxışına istinadla məlumat yayıb.

Bildirilir ki, 29 dekabr tarixində keçirilən qeyri-rəsmi iclas Rusiyanın təşəbbüsü ilə baş tutub. Çin nümayəndəsi çıxışında "Starlink" kimi peyk qruplaşmalarının sürətlə genişlənməsinin “ciddi təhlükəsizlik problemləri” yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, artıq "Starlink" peykləri ilə Çinin orbitdəki kosmik stansiyası arasında bir neçə təhlükəli yaxınlaşma halı qeydə alınıb, həmçinin digər bir peykin orbitdə parçalanması faktı müşahidə olunub.

Çin tərəfi əlavə edib ki, "Starlink" şəbəkəsi dəfələrlə hərbi kəşfiyyat məqsədləri üçün istifadə olunub və bu sistemlərdən əldə edilən məlumatlara “terrorçu və separatçı qrupların” çıxış imkanı var.

Pekinin mövqeyinə əsasən, kommersiya peyklərinin hərbi məqsədlərlə tətbiqi kosmosda silahlanma yarışının risklərini daha da artırır.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Bütün Xəbərlər