Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi

Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi
06.07.2026 15:49

Məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların götürülməsi ilə bağlı dəyişiklik təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" qanunda dəyişikliyi imzalayıb.

Sənədə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarında kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.

Həmçinin dəyişikliklə ağac və kol anlayışlarının izahı da dəqiqləşdirilir. Belə ki, sənədə əsasən, ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki, kol dedikdə isə oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki nəzərdə tutulacaq.

Qanunda vurğulanıb ki, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.

Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.

Ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.

Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.

İrad olduqda həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Bundan başqa, dövlət başçısının müvafiq Fərmanı ilə yaşıllıqların götürülməsi haqda qərarın qəbul edilməsi prosesinin sadələşdirilməsi nəzərdə tutulur. Fərmana əsasən, Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Rəqəmsal ekologiya" informasiya sistemi üzərindən elektron formada həyata keçirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 Ermənistanı bədbəxt edən həmin gün: Azərbaycana tarixi qəsd necə rəsmiləşdirildi? 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi 16:48 Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək? 16:40 Ankarada tarixi izdiham yaşanır: Trampın korteji dünyada məşhur oldu 16:41 Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu? 16:37 Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi 15:49 Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı 15:44 Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi 15:30 Bütün Xəbərlər