Təhsil haqqında yeni qanun layihəsi hazırlanacaq?

Təhsil haqqında yeni qanun layihəsi hazırlanacaq?
22.01.2026 10:59

Milli Məclisdə təhsil haqqında yeni qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif olunub.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, yeni qanun müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə almalıdır:

"Mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır. Xüsusilə, elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm".

Deputat vurğulayıb ki, Azərbaycanda sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemi hələ də saxlanılıb:

"30 ildən çoxdur ki, Avropa təhsil sisteminə keçmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq müddət ərzində kitab kimi nəşr olunan, istinad edilən bir dənə də magistr dissertasiyası ortaya çıxarılmayıb. Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?"

V.Qafarov hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi təklif edib:

"Elmi dərəcələrin və elmi adların verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir. Bu mərhələlərin hər biri tədqiqatçının ən azı 4-5 və ya 6-7, bəzi hallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıq təqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdir ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə məşğul olmalıdır. Bizdə isə elm yolunda olan mərhələlər həm çoxdur, həm də bürokratik proses çox ağırdır".

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər