Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi

Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi
27.01.2026 11:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

Respublikanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.

Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.

“Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verdi. Bildirildi ki, bu MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. “Azermirror” tərəfindən sənaye parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan “Azermirror” MMC 600 min manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.

Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb olunması, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.

TodayPress TV

FOTOLAR

Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 1
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 2
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 3
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 4
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 5
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 6
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 7
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 8
Prezident güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər