Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirildi

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirildi
16.01.2026 09:08

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasını təşkil etmək üçün yaradılmış Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirilib. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarından ibarət birgə Komissiyanın iclası keçirilib.

İclasda  kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə cari vəziyyət, il ərzində aparılmış qiymətləndirmələrin nəticələri, habelə mövcud risklər müzakirə olunub, 2026-cı il üzrə əsas funksional hədəflər müəyyən edilib.

Bildirilib ki, DTX və XRİTDX əməkdaşlarının iştirakı ilə yerində aparılmış qiymətləndirmələr zamanı bəzi subyektlər tərəfindən təqdim edilən daxili audit hesabatlarında əks olunmuş vəziyyət ilə faktiki durum arasında uyğunsuzluqlar aşkarlanıb. Qeyd olunanlar əsas götürülərək, kritik informasiya infrastrukturu obyektləri üzrə kibertəhlükəsizliyin möhkəmləndirilməsi üçün mərkəzləşmiş nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasının vacibliyinə diqqət çəkilib.

İclasda həmçinin müvafiq normativ hüquqi mexanizmlərin tətbiqi, həyata keçirilmiş tədbirlər, kibertəhdid məlumatlarının mübadiləsi və beynəlxalq əməkdaşlıq üzrə praktik nəticələr müzakirə edilib.

Eyni zamanda, mövcud çağırışlar nəzərə alınaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın inkişaf etdirilməsi, xüsusilə təhlükəsizlik tələblərinin təkmilləşdirilməsi istiqamətində təkliflər müzakirə olunub.

İclasın yekununda kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair hazırlanmış yekun hesabat qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Bütün Xəbərlər