Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü

Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü
22.06.2026 21:52

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə dost və qardaş ölkələr arasında münasibətlərin mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, əlaqələrin genişlənməsində iki ölkə liderləri arasında münasibətlərin mühüm rolu, qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə səfəri və "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi məmnunluqla vurğulanıb.

Azərbaycan və BƏƏ-nin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rol oynadığı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx təmasların, mütəmadi görüşlərin bu əlaqələrin daha da inkişafını şərtləndirdiyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, həmçinin APA, İƏT Pİ kimi təşkilatlarda fəal əməkdaşlıq əlaqələri qabardılıb.

Görüşdə İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası haqqında da fikir mübadiləsi aparılaraq, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inam ifadə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Bütün Xəbərlər