Prezident İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi oldu

Prezident İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi oldu
25.11.2025 15:12

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcəkdir.

Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və daha geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.

Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

Prezident İlham Əliyev də Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha məktub ünvanlayıb:

"Əlahəzrət,

Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.

Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 Bütün Xəbərlər