Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı
19.06.2026 18:55

Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Bakıdakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, təhsil, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığının, bu il və gələn il Azərbaycanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sammitinin və İslam Əməkdaşlıq Təşkilatı sammitinin əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətini məmnunluqla qeyd ediblər.

Görüş zamanı postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

C.Bayramov səfirə Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ahmad Kamrizamil Bin Mohd Rza ölkədə fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, Azərbaycan ilə Malayziya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB 20:07 Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 İran cəmi 5 gündə nə qədər neft satdı? – Rəqəmlər açıqlandı 18:24 DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı 18:13 Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 Bütün Xəbərlər