Ermənistanla Azərbaycan sərhədi bu tarixdə açıla bilər - Kostanyan

Ermənistanla Azərbaycan sərhədi bu tarixdə açıla bilər - Kostanyan
23.06.2026 20:18

Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir, bu isə Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək.

TodayPress TV xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması daha da tez baş verə bilər, çünki İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir və qonşu ölkələr tərəfindən daha çox şəffaflıq əlamətləri müşahidə edir.

"Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla - Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq", - deyə Kostanyan qeyd edib.

O bildirib ki, Ermənistan amerikalı tərəfdaşları ilə birlikdə "Tramp Marşrutu" (TRIPP) layihəsinin işə salınması üçün hüquqi hazırlıqları yekunlaşdırır. Bu layihə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirməyə və Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri genişləndirməyə qadirdir. Eyni zamanda layihənin ilk növbədə dəmir yolu komponentinə yönəlmiş texniki-iqtisadi əsaslandırması hazırlanır.

Nazir müavininin sözlərinə görə, Ermənistan həmçinin gələcəkdə tranzit daşımalarının artırılması üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsi, o cümlədən yeni sərhəd-keçid məntəqələrinin tikintisi və avtomobil yollarının inkişafı məsələlərində Avropa İttifaqı ilə əməkdaşlıq edir.

Kostanyan qeyd edib ki, ənənəvi ticarət marşrutlarının qeyri-sabitliyi və qlobal logistika zəncirlərində yaranan fasilələr Orta Dəhlizin əhəmiyyətini artırır və region dövlətləri üçün yeni imkanlar yaradır.

O, Azərbaycanın Ermənistan yükləri üçün dəmir yolu əlaqəsini açmağa hazır olduğuna dair bəyanatlarına, eləcə də Ermənistan mallarının Türkiyə ərazisi vasitəsilə tranzitin mümkünlüyü barədə son zamanlar Türkiyə tərəfindən daxil olan siqnallara diqqət çəkib.

Kostanyanın sözlərinə görə, nəqliyyat əlaqələrinin inkişafı təkcə ticarətin artımına kömək etmir, həm də region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın artması hesabına Cənubi Qafqazda sabitliyi möhkəmləndirir.

Xarici işlər nazirinin müavini əlavə edib ki, Ermənistan həmçinin Orta Dəhlizin ona aid hissəsindən yüklərin maneəsiz hərəkətini təmin etmək niyyətindədir ki, bu da Aİ-nin dəstəyi ilə rəqəmsal həllərin və hüquqi bazanın daha da inkişaf etdirilməsini tələb edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Ərdoğan: "Polşa ilə ticarət dövriyyəsini artırmaq niyyətindəyik" 21:02 "Raketlərin adı belə çəkilmir" - Şahbaz Şərif anlaşma memorandumundan danışdı 20:57 İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü 20:38 Cozef Aun: "Beşinci raund həlledici ola bilər" 19:47 Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur 20:28 Ermənistanla Azərbaycan sərhədi bu tarixdə açıla bilər - Kostanyan 20:18 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı 20:09 Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü 19:32 İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirildi 19:35 Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı 19:14 Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü 18:30 Bütün Xəbərlər