Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşdü

Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşdü
24.06.2026 18:15

Azərbaycan Baş naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, müttəfiqlik və qarşılıqlı etimada əsaslanan münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, hər iki ölkənin qanunverici orqanları arasında sıx təmasların və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.

Tərəflər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının bundan sonra da yeni məzmunla zənginləşəcəyinə əminlik ifadə edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
ABŞ Konqresində ilk: Azərbaycanlıların etnik təmizləməyə məruz qalması Vaşinqtonun gündəmində 19:01 İraq Prezidenti İlham Əliyevi təbrik etdi 19:11 Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi? 18:27 ABŞ səfirliyi bu ölkədə fəaliyyətini bərpa etdi 18:24 Pakistan və Qətər rəhbərləri Bürgenştok danışıqlarını müzakirə etdi 18:17 Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşdü 18:07 Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik 18:04 Prezident Məhəmməd Baqer Qalibafı qəbul etdi 17:53 Daun sindromu haqqında qısa bələdçi: Əlamətlər və tibbi yanaşma 16:36 DÇ-2026-da III tura start verilir 17:46 "Azəricard" kart hesablarındakı problemlə bağlı açıqlama yaydı 17:34 "Neftçi" Endryu Qravilyonun transferini açıqladı 17:22 Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi 17:07 Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank müştərilərinə xəbərdarlıq etdi - Kartlarda balansın mənfi olmasının səbəbi nədir? 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Bütün Xəbərlər