Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı
13.07.2026 17:32

Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Yan Sanders ilə görüş keçirib.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkədə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfənin regional və qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə yeni regional reallıqlar, sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri və infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Nazir Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən bəhs edib. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq təchizat zəncirlərində artan rolunun gömrük prosedurlarının səmərəliliyinin yüksəldilməsi və ticarətin asanlaşdırılması baxımından yeni imkanlar yaratdığı qeyd olunub.

Tərəflər beynəlxalq gömrük əməkdaşlığının gücləndirilməsinin, innovativ texnologiyaların tətbiqinin, məlumat mübadiləsinin və institusional əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Slovakiya Prezidenti Bakıya böyük planlarla gəlir 18:20 Putin: “Rəqib bunu hiss edəcək” 18:14 İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı HƏDƏLƏDİ 18:08 MM-in növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlandı 17:52 Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı 17:32 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 Rafael Ağayevə ağır itki 16:08 SONDƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı 16:03 Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşıldı 15:57 Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi? 15:46 Rusiya dağılırdı, Putin gəldi, qorudu 15:44 Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi 15:36 Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - AÇIQLAMA 15:30 Sabahın havası açıqlandı 15:24 AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım 15:14 Prezident Folklend adaları məsələsinə münasibət bildirdi 15:05 "Kiçik dövləti və məğlub xalqı" qalib millətə və Orta Gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev 14:52 Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama 14:46 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır" 14:41 Bütün Xəbərlər