Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşdü

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşdü
25.08.2025 16:47

25 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, bağlantılar, iqlim dəyişmələri və ətraf mühit, humanitar, təhsil sahələri üzrə əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ölkəmizin enerji təhlükəsizliyi sahəsində təşəbbüskarı və əsas icraçısı olduğu nəhəng layihələrlə bu istiqamətdə etibarlı tərəfdaş olduğunu sübuta yetirdiyi qeyd edilib, ənənəvi enerji növləri üzrə əməkdaşlığın bu müsbət dinamikasının alternativ enerji mənbələrinin inkişafı istiqamətində davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə, SOCAR və BP şirkətləri arasında bərpaolunan enerji üzrə əməkdaşlığın qurulmasının təqdirəlayiq olduğu vurğulanıb.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Birləşmiş Krallığın sessiyada Baş nazir və heyəti tərəfindən aktiv iştirak və töhfələri məmnunluqla qeyd edilib.

Təhsil sahəsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər, ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıqların qurulması, habelə dövlət proqramlarının əhəmiyyəti və bu sahədə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

8 avqust 2025-ci il tarixində keçirilmiş tarixi Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, habelə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının sülh prosesi çərçivəsində əldə olunmuş əhəmiyyətli nailiyyətlərdən biri olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Birləşmiş Krallığın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil olunub. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Birləşmiş Krallıq tərəfindən isə Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti rəhbərlik edib.

FOTOLAR

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşdü — 1
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşdü — 2
XƏBƏR LENTİ
02 AVQUST 2026
Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Bütün Xəbərlər