Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi

Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi
29.06.2026 11:19

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı səsləndirib.

“Türk dünyası həftəsi çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə təşkil olunan bu əlamətdar konqresin uğurla keçməsini və Türk dünyası üçün xeyirli nəticələrə səbəb olmasını arzulayıram. Bir qədər əvvəl Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ziyalılarımız Bakıda ortaq tarix və mədəniyyət şüurunun müsbət elmlər əsasında gücləndirilməsi məqsədini qarşıya qoydular. Onların apardıqları müzakirələr və qəbul etdikləri qərarlar yalnız bu günümüzə işıq salan elmi fəaliyyət deyil, eyni zamanda qətiyyətli iradə və uzaqgörən baxış ortaya qoydu. Bakı Qurultayının bizə miras qoyduğu bu ideyanı könül coğrafiyamızın hər bir guşəsində yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək hamımızın ortaq məsuliyyətidir. Türk dünyasındakı institusional əməkdaşlığımızın əsaslarından biri olan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətlərimizi böyük mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarından ilham alaraq hər keçən gün daha da dərinləşdirir və genişləndiririk. Bütün bu prosesdə Bakı Qurultayının ortaya qoyduğu təşəbbüsü yolumuzu işıqlandıran bir rəhbər kimi qəbul etməyə davam edirik. Türkiyənin ən mühüm hədəflərindən biri Türk dünyasının ortaq tariximizə, dilimizə və mədəniyyətimizə sahib çıxması, qədim keçmişimizdən aldığımız güclə Türk əsri vizyonunun inşa edilməsidir. Bu çərçivədə qarşıdakı payızda keçiriləcək və mühüm qərarların qəbul olunacağı Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsini Türk dünyasının inteqrasiyası məqsədimizə istiqamət verəcək dönüş nöqtəsinə çevirmək üçün bütün gücümüzlə çalışırıq. Şübhəsiz ki, bu əlamətdar tədbirdə aparılacaq müzakirələr ortaq əməkdaşlıq imkanlarımızı genişləndirərək Ankara Zirvəsinə və bütövlükdə Türk dünyasının gələcəyinə mühüm töhfələr verəcək. 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsi kimi, bu mühüm tədbirin də Bakıda təşkil olunması təsadüf deyil. Türk dünyasının birlik və həmrəyliyinin ən güclü simvollarından biri olan Azərbaycan bu gün də Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verməyə davam edəcək. Bu düşüncələrlə tədbirin təşkilində əməyi keçən bütün şəxsləri, qurum və təşkilatları təbrik edirəm. Konqres münasibətilə Birinci Türkoloji Qurultayda iştirak etmiş əcdadlarımızı rəhmətlə yad edir, Türk birliyimizin, həmrəyliyimizin və qardaşlığımızın daim olmasını diləyirəm”, - müraciətdə deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Sevgi ağrısı nədir? Psixosomatika bu hissi necə izah edir? 15:50 FN F2000: Bullpup dizaynın innovativ nümunəsi 18:02 "Qəbələ" Kouya Mabena ilə müqavilə imzaladı 17:46 Aytmatovun "Səlvi boylum, al yazmalım" aynasından görünən Azərbaycanı Kadir İnanır necə xatırlatdı? 17:25 ADY yay qrafikinə keçir 17:13 Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır 17:06 Lupus xəstəliyi niyə yaranır? Simptomlar və uzunmüddətli nəzarət yolları 14:32 SSRİ-ni naxçıvanlılar dağıtdı... - Moskvanın "palaz altına süpürdüyü" həqiqət - VİDEO 16:52 Bəzi ərazilərdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 16:40 “Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz 16:36 Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi 16:35 Zəlzələ Venesueladan əl çəkmir 16:30 Rusiyadan Zəngəzuru qarışdıran açıqlama 16:25 Almaniyanı sarsıdan silahlı basqın: Ölənlər var - GÖRÜNTÜLƏR 16:19 Türkiyədə "kütləvi" əməliyyat - Yüzlərlə şəxs həbs olundu 16:14 DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar 16:09 AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı 16:08 Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir 15:50 Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Bütün Xəbərlər