AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi

AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi
24.06.2026 23:57

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı növbəti qətnamə qəbul edib. Sənəddə ölkəmizə qarşı tənqidi mövqe sərgilənsə də, müzakirələr zamanı bəzi deputatlar Azərbaycanın mövqeyini müdafiə ediblər.

TodayPress TV xəbər verir ki, ukraynalı deputatlar Aleksey Qonçarenko və Tamila Taşeva çıxışlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər.

Tamila Taşeva bildirib ki, Ukrayna ərazi bütövlüyünün, suverenliyin və dövlətin öz torpaqları üzərində nəzarəti bərpa etmək hüququnun əhəmiyyətini yaxşı anlayır. Onun sözlərinə görə, bu prinsiplər bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalıdır.

Aleksey Qonçarenko da Azərbaycanın mövqeyini müdafiə edərək, ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa etdiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan uzun illərdir Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və rəsmi Bakıya qarşı qərəzli yanaşmaların yolverilməz olduğu bildirilib.

Bununla yanaşı, AŞPA-nın qəbul etdiyi qətnamə Azərbaycana təzyiq göstərmək cəhdi kimi qiymətləndirilib və bu cür addımların Bakı ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Bütün Xəbərlər