Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı

Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı
19.08.2026 03:20 Dünya

"Suriya Hələb yaxınlığındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə icazə verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonu pozmaq həddinə çatıb".

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi açıqlama yayıb.

“İsrail və Suriya təhlükəsizlik məsələləri üzrə status-kvo barədə razılığa gəlib. Suriya Türkiyə qoşunlarının Hələbdən uzaq olmayan aviabazada yerləşdirilməsinə icazə verməklə onun pozulmasına yaxın olub”, - deyə açıqlamada bildirilib.

Netanyahunun ofisindən əlavə edilib ki, İsrail təhlükəsizliyinə təhdidlərə yol verməyəcək və razılaşdırılmış status-kvoya qayıtmağa hazırdır.

“İsrail dəfələrlə Suriyaya xəbərdarlıq edib ki, Türkiyə qüvvələrinin orada yerləşdirilməsi İsrailin təhlükəsizliyinə təhdid yaradacaq. Suriya bu xəbərdarlıqlara məhəl qoymamağa qərar verdi”, - deyə qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl “Syria TV” telekanalı İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirdiyini iddia edib. Onun məlumatına görə, hücumlar maddi ziyana səbəb olub. Mülki əhali arasında itkilər barədə məlumat daxil olmayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 Bütün Xəbərlər