Yaponiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi
Yaponiyanın şimal-şərqində 6,9 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri İvate prefekturasının sahillərində, Sakit okeanda 50 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra qısa müddətə sunami xəbərdarlığı elan edilsə də, bir neçə dəqiqə sonra ləğv olunub. Rəsmilər mümkün təkrar təkanlarla əlaqədar sakinlərə diqqətli olmağı tövsiyə ediblər.
Hadisə nəticəsində ölən, yaralanan və ya ciddi dağıntılar barədə məlumat verilməyib.
Zəlzələdən sonra Aomori prefekturasındakı Hiqaşidori Atom Elektrik Stansiyasında təhlükəsizlik yoxlamalarına başlanılıb. Bölgədə təkanların gücü Yaponiyanın seysmik şkalası üzrə 6+ səviyyəsində qiymətləndirilib.
Türkan İsgəndərli