Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı

Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
25.06.2026 03:00 Dünya

Norveç kraliçası Sonya sükutu pozaraq vəliəhd şahzadə Mette-Maritin ağciyər transplantasiyasından sonrakı vəziyyəti barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Fædrelandsvennen" qəzeti məlumat yayıb.

Kristiansand şəhərində keçirilən incəsənət sərgisinin açılışında iştirak edən kraliçanın sözlərinə görə, ötən həftə baş tutan transplantasiya əməliyyatı uğurla keçirilib və Norveçin gələcək kralı, vəliəhd şahzadə Hokonun həyat yoldaşı Mette-Maritin həyatını xilas edib.

52 yaşlı Mette-Maritə hələ 2018-ci ildə proqressiv ağciyər fibrozu diaqnozu qoyulmuşdu. Xəstəlik səbəbindən o, oksigen balonundan istifadə etməyə məcbur qalmış və rəsmi tədbirlərdə iştirakını xeyli azaltmışdı.

Əməliyyat ailə üçün daha bir ağır hadisə ilə eyni dövrə təsadüf edib. Mette-Maritin böyük oğlu Marius Borq Hoybi zorlama, döymə və digər cinayətlərdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Mənbələrin məlumatına görə, buna baxmayaraq, o, xəstəxanada anasını gizli şəkildə ziyarət edib.

Bu il yaşanan bütün sarsıntılara, o cümlədən vəliəhd şahzadə Hokonun Ceffri Epşteynlə dostluğu ətrafında yaranmış qalmaqala baxmayaraq, kral ailəsi Mette-Maritə dəstəyini davam etdirir. Vəliəhd şahzadə Hokon onun vəzifələrinin bir hissəsini öz üzərinə götürüb, qızı Aleksandra anasının yanında olmaq üçün Sidney Universitetindən Osloya köçüb, kiçik oğlu Sverre isə mütəmadi olaraq anasını ziyarət edir.

Bundan əvvəl Norveç kralı Harald V və vəliəhd şahzadə Hokon Marius Borq Hoybi barəsində çıxarılan hökmü şərh etməkdən imtina etmişdilər. "BBC News"un sorğusuna cavab olaraq Norveç kral ailəsinin nümayəndəsi məhkəmə prosesinin nəticələri ilə bağlı heç bir açıqlama verilməyəcəyini bildirmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Rusiyanın buna haqqı varmı? – Paşinyan əsəbiləşdi 14:11 İrəvan gözünü Avropaya dikdi, Paşinyan Orta Dəhlizə şərik çıxmaq istəyir! 13:48 Azərbaycan Venesuelaya başsağlığı verdi 13:47 Almaniya Türkiyədə “Patriot” HHM sistemi yerləşdirdi 13:29 İrəvanın səbri tükəndi, Paşinyan hökm oxudu: "Ya problemləri düzəldin, ya da..." 13:28 "Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı 13:20 Aşura günü nələr etmək olar, nələr qəti olmaz? - "Çimməmək, sabun istifadə etməmək…" 13:08 Üç namizəddən biri seçilir – Paşinyan bu gün açıqlayacaq 13:00 Lukaşenko Zelenskinin sözünü yerə salmadı, fəaliyyəti dayandırdı 12:59 Sabahın hava proqnozu açıqlandı 12:58 Son 126 ilin ən güclüsü... 12:48 FİFA Rusiya millisinin Dünya Çempionatına buraxılmasına qərar verdi 12:46 İtkin düşən şəxsi axtararkən özləri qəzaya düşdülər: Göyərtədə 13 nəfərlə helikopter yerə çırpıldı 12:42 Kiyevin Avropa planı alt-üst oldu: Budapeşt o məktubları imzalamadı 12:33 Neymar Braziliya yığmasının tarixinə düşdü 12:27 Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir - YENİLƏNDİ 10:44 Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi 12:01 Yeni "iPhone" gəlir, cibləri yandıracaq qiymət bəlli oldu 11:57 BDU bu ixtisas üzrə mütəxəssis hazırlığına başlayır 11:56 Səs yazısı yayıldı, polislər qapısına dayandı – Gümrüdə nə baş verir? 11:47 ANAMA Şuşanın o kəndindəki minatəmizləmə rəqəmlərini açıqladı 11:47 İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi 11:29 İki ardıcıl zəlzələ binaları tabuta çevirdi, dünya köməyə qaçdı Düşmənlik kənarda qaldı... 11:29 Metroda qatarların hərəkət qrafiki bu səbəbdən dəyişdiriləcək 11:23 Ukrayna Rusiyanın "qəlbi"nə zərbələri davam etdirir - VİDEO 11:17 Bütün Xəbərlər