Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü

Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü
25.06.2026 02:00 Dünya

"Bitcoin"in məzənnəsi 60 min dollardan aşağı düşüb. Bu, 2026-cı ilin əvvəlindən bəri kriptovalyutanın bu həddin altına endiyi üçüncü haldır.

TodayPress TV xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Hazırkı qiymət 2025-ci ilin oktyabrında qeydə alınmış 126 min dollarlıq tarixi maksimum göstəricidən iki dəfədən çox aşağıdır.

Fevral və iyunun əvvəlində baş verən əvvəlki enişlərdən sonra "Bitcoin" yerli minimum səviyyələrdən 10-30 faiz bahalaşsa da, daha sonra yenidən ucuzlaşmağa başlayıb.

Belə ki, iyunun 5-də 2026-cı ilin minimumu olan 59 min dollara qədər gerilədikdən sonra "Bitcoin"ə tələbat artıb və ayın ortalarınadək məzənnə 67 min dollara yüksəlib. Lakin sonradan yenidən eniş başlayıb. Hazırkı qiymət iyunun 1-i ilə müqayisədə təxminən 20 faiz aşağıdır.

Səhər saatlarında "Bitcoin" 63 min dollardan yuxarı səviyyədə qalsa da, Bakı vaxtı ilə saat 16:30-dan sonra bazarda kəskin satışlar başlayıb və eniş bir neçə saat davam edib. Saat 20:00-a olan məlumata görə, BTC-nin ən aşağı göstəricisi ən böyük kriptobirjalardan biri olan "Binance" platformasında USDT cütlüyündə 59 622 dollar olub.

Ticarət mövqelərinin məcburi bağlanmasını izləyən "Coinglass" xidmətinin məlumatına əsasən, cəmi bir saat ərzində "Bitcoin"in bahalaşacağına mərc edən treyderlərin təxminən 100 milyon dollar dəyərində uzun mövqeləri zərərlə bağlanıb. Ən böyük birdəfəlik likvidasiya isə "Binance"də 12 milyon dollar təşkil edib.

"Bitcoin"in ucuzlaşması fonunda bazarın digər aparıcı kriptovalyutaları da dəyər itirib. "CoinMarketCap"ın məlumatına görə, ən böyük 100 kriptovalyutanın hamısı həm son sutka, həm də son bir saat ərzində mənfi dinamika nümayiş etdirib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması isə bir sutkadan az müddətdə 2.15 trilyon dollardan 2.04 trilyon dollara qədər azalıb.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Qarın piylərini azaltmaq istəyənlər qəhvəni belə içməlidir 22:57 Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı 23:42 31 dekabrdan sonra İraqda nə baş verəcək? SON XƏBƏRDARLIQ 23:17 “İran tamamilə müflis olub” - Hərbçilərə maaş vermirlər? 00:22 Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi 00:43 Liviyada neft zavodunda güclü partlayış - VİDEO 00:50 SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNDİ 23:29 İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır” 23:49 İran üçün “son şans” bitdi? Trampdan müəmmalı cavab 23:36 Azərbaycan bu ölkədən neft idxalını artırır 23:22 Rusiya Şimali Koreyadan asılı qaldı - “İlk dəfə təkbaşına müharibə apara bilmir” 23:09 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ 20:32 Rusiya bu ölkələrə hücuma hazırlaşır - TƏCİLİ 22:46 Pezeşkianla Xamenei görüşdə nələr danışdılar? 22:33 Tramp bu ölkələrin adlarını çəkərək İrana çağırış etdi: “Cavab verilməlidir!” 22:17 "Liverpul" "Barselona"nın müdafiəçisini icarəyə götürdü! 21:52 Sülhün birinci ildönümündə Tramp üçün tarixi təklif - BİRGƏ BƏYANAT 22:01 Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu! 21:41 Sürücülərin DİQQƏTİNƏ! - Bakının bu 3 küçəsində hərəkət BAĞLANIR 21:35 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi 21:28 Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu! 21:25 ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ 21:17 İraqda 6 milyon silah qeydiyyata alındı, 71 saxta mərkəz bağlandı 21:05 İran və Oman Hörmüz boğazında təhlükəsiz keçidi müzakirə edir 20:57 Tramp Tehrana ŞƏRT QOYDU: "İran öldürdüyü insanlara görə təzminat ödəsin!" 20:47 Bütün Xəbərlər