Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2

Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2
25.06.2026 14:47 Dünya

Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

TodayPress TV Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.

Bununla yanaşı, o, zəlzələ nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etməyib.

"Orada onlarla bina dağılıb", - Rodriges bildirib və insanların xilas edilməsi üzrə aparılan əməliyyatları "çox mürəkkəb xilasetmə işləri" kimi xarakterizə edib.

Xatırladaq ki, cümə axşamına keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

Daha əvvəl bildirilmişdi ki, Venesuelada iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700 nəfər isə yaralanıb.

TodayPress TV

***

10:00

ABŞ Geoloji Xidməti (USGS) Venesuelada baş verən güclü zəlzələnin ağır humanitar nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirməsinə əsasən, Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 10 min ilə 100 min nəfər arasında ola bilər.

Qurumun açıqlamasında qeyd olunub ki, ölənlərin sayının 100 min nəfəri keçməsi ehtimalı təxminən 30 faiz təşkil edir.

Məlumata görə, çərşənbə günü Venesuelanın şimal sahillərində baş verən güclü zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olub. Bir sıra binaların zərər gördüyü, həmçinin Karakasdakı Simón Bolivar Beynəlxalq Hava Limanında da dağıntıların qeydə alındığı bildirilir.

Zəlzələnin episentri ölkənin ən iri neft emalı müəssisələrinin yerləşdiyi bölgələrdən birinin yaxınlığında – Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşib. ABŞ Geoloji Xidmətinin son məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 olub. Daha əvvəl bu göstəricinin 7,1 olduğu bildirilmişdi.

Venesuelanın daxili işlər naziri Diosdado Kabello mümkün təkrar yeraltı təkanlar təhlükəsini nəzərə alaraq vətəndaşlara evlərini tərk etməyi və açıq ərazilərdə qalmağı tövsiyə edib.

Xilasetmə və qiymətləndirmə işləri davam edir. Hakimiyyət orqanları zərərçəkənlərin dəqiq sayı və infrastruktur itkiləri ilə bağlı məlumatların dəqiqləşdirildiyini bildirir. ABŞ Geoloji Xidmətinin təqdim etdiyi rəqəmlər isə hazırda yalnız ehtimal xarakterli proqnoz hesab olunur.

TodayPress TV

***

10:00

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges məlumat verib.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Ən çox zərər çəkən bölgə La-Quayra ştatı olub. Burada onlarla bina dağılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir, yaxın saatlarda beynəlxalq yardım qruplarının bölgəyə çatacağı gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bütün Xəbərlər