Qarabağa qayıdış davam edir[[ - Növbəti köç karvanı yola salındı ]]

Qarabağa qayıdış davam edir[[ - Növbəti köç karvanı yola salındı
]]
25.06.2026 08:25 Cəmiyyət

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

TodayPress TV xəbər verir ki, iyunun 25-də Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qaladərəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngli və Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə adıçəkilən bölgələrə ümumilikdə 58 ailə (237 nəfər) köçürülüb.

Ağdərə rayonunun 3 yaşayış məntəqəsinə, 30 ailə (129 nəfər) köçürülüb ki, onlardan 4-ü (23 nəfər) Vəngli kəndinə (cəmi köçürülüb: 145 ailə (576 nəfər)), 13-ü (53 nəfər) Çıldıran kəndinə (cəmi köçürülüb: 41 ailə (165 nəfər)), 13-ü (53 nəfər) isə Həsənriz kəndinə (cəmi köçürülüb: 286 ailə (1133 nəfər) köçürülüb.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, 8 ailə (34 nəfər) köçürülüb (cəmi köçürülüb: 43 ailə (174 nəfər).

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 7 ailə (28 nəfər) köçürülüb (cəmi köçürülüb: 468 ailə (2031 nəfər).

Xocalı rayonunun 3 yaşayış məntəqəsinə, cəmi 6 ailə (17 nəfər) köçürülüb ki, onlardan 2-si (7 nəfər) Ballıca kəndinə (cəmi köçürülüb: 246 ailə (1088 nəfər), 2-si Xanabad kəndinə (cəmi köçürülüb: 101 ailə (439 nəfər)), 2-si (5 nəfər) də Badara kəndinə (cəmi köçürülüb: 103 ailə (387 nəfər) köçürülüb.

Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 4 ailə (15 nəfər) köçürülüb (cəmi köçürülüb: 82 ailə (347 nəfər).

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə, 3 ailə (14 nəfər) köçürülüb (cəmi köçürülüb: 17 ailə (78 nəfər).

Ailələr köçürüldükləri yerlərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, 25.06.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 44 yaşayış məntəqəsində 9237 ailə (37248 nəfər) məskunlaşmış olacaqdır.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Dənizdə batanlardan sonuncu şəxsin meyiti tapıldı 09:54 XİN Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik etdi 09:46 Neft ucuzlaşmağa davam edir 09:33 Venesuelada təbii fəlakət: Dağıntılar artır, hava limanı bağlandı - VİDEO 09:16 Yaponiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi 09:04 Rusiyanın neft infrastrukturu yenidən hədəfdə - VİDEO 08:56 Venesuelada dəhşətli zəlzələ: Tramp bütün qurumlara təcili hazırlıq əmri verdi 08:44 Qarabağa qayıdış davam edir[[ - Növbəti köç karvanı yola salındı ]] 08:32 DÇ-2026: Meksika və Cənubi Afrika Respublikası növbəti mərhələyə yüksəldi 08:09 Hovuzlarda gizlənən təhlükələr - Mütəxəssisdən vacib xəbərdarlıq 22:55 Tailand xərçəngə qarşı peyvəndin klinik sınaqlarına başladı 22:52 İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi 22:51 ABŞ-li Olimpiya çempionu narkotik ittihamı ilə saxlanıldı 22:49 "Qiyamət günü" radiostansiyası iki saatdan çox müddətdə yeddi söz ötürdü 22:45 Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı 22:43 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü 22:41 TBMM-də ilk: Deputatlar ailə həyatı qurdular - FOTO 23:07 DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü oldu 01:04 Bu ərazilərdə işıq OLMAYACAQ 23:10 DÇ-2026: İsveçrə Kanadanı məğlub etdi 01:03 Trampdan Ərdoğana tərif: “Nüfuzlu lider və mənim dostumdur” 00:52 Fransada tarixi istilər: temperatur 40 dərəcəyə çatdı 00:29 Sabah bu rayonda qaz olmayacaq 23:04 Obama Trampa: “Qarşımda olsa, belə danışmazdı” 00:19 AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi 23:57 Bütün Xəbərlər